Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti koronavirusdan ölüb

Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti koronavirusdan ölüb

Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti Maqomed Aliomarov vəfat edib.

Bunu Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili TASS agentliyinə açıqlamasında deyib.

“Qadınlardan ibarət Rusiya millisinin çalışdırıcısı koronavirusun səbəb olduğu xəstəlikdən ölüb. İnanmaq istəmirəm. O qədər planlar, o qədər vəzifələr, o qədər enerji var idi”.

Aliomarov mayın 13-də 67 yaşında vəfat edib. Azərbaycandan ayrıldıqdan sonra 2019-cu ildən Rusiya yığmasını çalışdırırıb.

Maqomed Əliömərov ölkəmizdə çalışdığı vaxt qadınlardan ibarət Azərbaycan millisinə də rəhbərlik edib və yığmanı London-2012 Yay Olimpiya Oyunlarına aparıb.

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər