Millimizin futbolçusu ABŞ-da məşqə başladı - FOTO

Millimizin futbolçusu ABŞ-da məşqə başladı - FOTO

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ-ın "Finiks Rayzinq" klubu məşqləri bərpa edib. 

"Report" Arizona təmsilçisinin rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, komanda hazırlığı kiçik qruplar şəklində gerçəkləşdirib. 

Məşqdən öncə oyunçuların temperaturları yoxlanılıb. Hazırlıq prosesinə Dadaşov da qatılıb. O, digər futbolçularla birgə fiziki və toplu çalışmaları yerinə yetirib.

Qeyd edək ki, Rüfət Dadaşov USL müntəzəm çempionatının I turunda "Portlend Timbers"ə 6:1 hesabı ilə qalib gəldikləri matçda het-trik edib. Hücumçu "Finiks Rayzinq"ə yanvarın 11-də Almaniyanın "Pröyssen Munster" klubundan keçib. ABŞ-da MLS və USL çempionatları martın 13-də dayandırılıb. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər