UEFA Azərbaycan təmsilçisini Çempionlar Liqasından məhrum etməyəcək

UEFA Azərbaycan təmsilçisini Çempionlar Liqasından məhrum etməyəcək

UEFA ölkə çempionlarının Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququndan məhrum olunacağına dair iddialara münasibət bildirib. 

"Report"un məlumatına görə, bu barədə Avropa futbol qurumundan RİA “Novosti”yə açıqlama veriliib. 

Təşkilat yayılan xəbərləri təkzib edib: "UEFA heç vaxt çempion olan komandaları seçmə oyunlar vasitəsilə Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququndan məhrum etmək barədə düşünməyib". 

Qeyd edək ki, daha öncə "The Times" nəşri UEFA-nın koronavirus pandemiyası ilə əlaqədar 2020/2021 mövsümündə Çempionlar Liqası və Avropa Liqasının təsnifat mərhələlərini azaltmaq və ən pis halda ləğv etmək ehtimalını nəzərdən keçirdiyini yazıb.

Xatırladaq ki, Avropada Belarus çempionatından başqa bütün yarışlar koronavirus pandemiyasına görə dayandırılıb. UEFA mart ayında dayandırılan avrokubokları daxili çempionatlarla birlikdə tamamlamağı düşünür. UEFA İcraiyyə Komitəsinin növbəti iclası mayın 27-də olacaq. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər