Sebastyan Fettel "Ferrari"ni mövsüm sonunda tərk edəcək

Sebastyan Fettel

"Formula-1" üzrə dördqat dünya çempionu almaniyalı Sebastyan Fettel "Ferrari" ilə müqavilənin uzadılması üzrə razılaşa bilməyib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, S.Fettel 2020-mövsümünün sonunda komandanı tərk edəcək. Bu gün bu barədə rəsmi qərar veriləcək.

Daha əvvəl bildirilirdi ki, "Ferrari" 32-yaşlı S.Fettelə müqaviləni bi mövsüm müddətinə uzatmağı və maaşın azaldılmasını təklif edib. Lakin S.Fettel təklifdən imtina edib.

Qeyd edək ki, S.Fettel 2007-ci ildən "Formula-1"də iştirak edir. Bütün dörd çempionluğunu S.Fettel "Red Bull" komandasında qazanıb (2010-2013). "Ferrari" komandasına S.Fettel 2015-ci ildə keçib.

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər