Tofiq Bəhramov məşhur epizodla bağlı niyə "Stalinqrad" deyib?

Tofiq Bəhramov məşhur epizodla bağlı niyə

"Eurosport.ru" saytı Azərbaycanın dünyaca məşhur hakimi Tofiq Bəhramovla bağlı maraqlı məqalə dərc edib.

"Report"un məlumatına görə, FIFA dərəcəli keçmiş referinin DÇ-1966-nın final oyununda Almaniya millisinin qapısına vurulan qolu hesaba almasından bəhs olunan yazıda onunla bağlı maraqlı əhvalata da toxunulub.

"Hakimlərin əfsanəvi səhvləri: Bəhramov dünya çempionatında Almaniyanın qapısına vurulan qolu sayıb və deyib: "Stalinqrad" başlıqlı məqaləni olduğu kimi təqdim edirik:

Futbolun İkinci Dünya Müharibəsi ilə inanılmaz əlaqəsi

Azərbaycanlı FIFA hakimi Tofiq Bəhramov DÇ-1966-da hesaba aldığı qol sayəsində futbolun tarixinə düşüb. Həmçinin Stalinqrad əfsanəsi də onun adı ilə bağlıdır.

Bəhramov İngiltərə - Almaniya finalında yan xətt hakimi təyin olunmuşdu. Görüşün əsas vaxtı heç-heçə (2:2) başa çatmışdı. Əlavə vaxtda britaniyalı Ceffri Herst qeyri-adi zərbə ilə qapını nişan aldı. Top tirə dəyib qapı xəttinə düşdü və oradan meydana sıçradı. Baş hakim epizodu görmədi və Bəhramova yönəldi. O isə inamla başını yellədi və "Qoldur" dedi. Herst daha bir qol vurdu. İngilislər isə tarixlərində yeganə Dünya Kubokunu qazandı.

Bəhramov 1993-cü ildə dünyasını dəyişib və ölümündən sonra adı Stalinqrad döyüşü ilə əlaqələndirilib. Əhvalata görə, ölümündən bir qədər əvvəl, hakimdən 1966-cı ildə verdiyi qərarın düzgünlüyü barədə soruşulduqda, o, jurnalistlərə bir sözlə cavab verib: "Stalinqrad".

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər