Yenilənən Bakı-Sumqayıt yolu - VİDEO, YENİLƏNİB

Yenilənən Bakı-Sumqayıt yolu - VİDEO, YENİLƏNİB
Yolun hərəkət hissəsinə düzülən beton daşlar kənarlaşdırılıb

"Bakı-Sumqayıt yolunda yenidənqurma işləri may ayının sonuna qədər yekunlaşdırılacaq. Bu birinci mərhələyə aiddir. Növbəti mərhələdə Sulutəpə dairəsində yeni yol ötürücüsü inşa ediləcək. Tıxacın aradan qaldırılması üçün yollarda bu kimi işlərin həyata keçirilməsi nəzərdə tutulur", - deyə AAYDA-nın mətbuat katibi Anar Nəcəfli bildirib.

Yenidənqurma və genişləndirmə işləri çərçivəsində hərəkət istiqamətlərini ayırmaq məqsədi ilə, yolun hərəkət hissəsinə dəmir beton maneələrin düzülüb. Lakin sonradan beton maneələr problemlərin yaranmasına səbəb olub. Buna misal olaraq sürücülərin vaxt itkisini və tıxacın yaranmasını göstərmək olar.

AAYDA-nın mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, dəmir beton maneələrin düzülməsi yenidənqurma işləri çərçivəsində layihədə nəzərdə tutulub.

Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində Xırdalan dairəsinə çatmamış yolun dar olmasına görə avtomobillərin sıxlığı müşahidə olunurdu. Məhz bu problemdə öz həllini tapıb belə ki, Xırdalan dairəsinə çatmamış iki istiqamətdə yolun hərəkət hissələri genişləndirilir.

Qeyd edək ki, yenidənqurma işlərinin May ayının sonlarında yekunlaşdırılması planlaşdırılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər