Məşhur Bollivud ulduzu Rişi Kapur vəfat edib

Məşhur Bollivud ulduzu Rişi Kapur vəfat edib

Hindistanın məşhur Bollivud aktyorlarından olan 67 yaşlı Rişi Kapur xəstəxanada vəfat edib.

İki ildir xərçəng xəstəliyindən əziyyət çəkən aktyoru bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Hindistan mətbuatında yer alan xəbərlərə görə, yaradıcılığına atası Rac Kapurun filmləri ilə başlayan və daha sonra romantik filmlərdəki rolları ilə məşhurlaşan aktyor Mumbayda xəstəxanaların birində  vəfat edib.

2018-ci ildə xərçəng diaqnozu qoyulan Kapur ABŞ-da təxminən 1 il davam edən müalicəsindən sonra sentyabr ayında Hindistana qayıdıb.

REAL

Digər xəbərlər
Bu gün
Dünən