Şən və hazırcavab Anar Məmmədxanov - VİDEO

Şən və hazırcavab Anar Məmmədxanov - VİDEO
Düşündürərək güldürən ən yaxşı Bakılı oğlan

O bir çoxumuzun yaddaşında Bakılı Oğlanlar Komandasının kapitanı kimi qalıb. Qısa ömrünə çox önəmli vəzifələri və titulları sığışdıran Anar Məmmədxanovun bu gün anım günüdür. İNTERŞUM

Anar Məmmədxanov 20 iyul 1970-ci ildə Bakıda anadan olub. 1987-ci ildə Bakı şəhər 160 saylı məktəbi bitirib, elə həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub. İxtisasca riyaziyyatçı olan Anar Məmmədxanov Üç çağırış Milli Məclisin deputatı seçilib.

Amma onu çoxsaylı tamaşaçı ordusuna ən çox sevdirən Şən və Hazırcavablar Klubu olub. Anar 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu adını qazanıb Avrasiya

Radio və Televiziya Akademiyasının üzvü ,1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olub.

Anar şən idi, həyat dolu idi, zarafatı sevən idi. Elə bu fotodan gülərək baxan Anar Məmmədxanov sanki həmişəki, zarafatlarından birini edirdi... Amma bu dəfə o zarafat etmədi. Həyat dolu, nurlu siması ilə hamının sevimlisinə çevrilən Şən

Anar Məmmədxanov ömrünün ən şirin çağında elə gülə-gülə həyata əlvida dedi.

Anar Məmmədxanov 2011- ci ildə 40 yaşında vəfat edib .

Düşündürərək güldürən ən yaxşı Bakılı oğlan 2-ci Fəxri Xiyabanda dəfn olunub.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər