Rus qırıcıları Azərbaycanın marağında - VİDEO

Rus qırıcıları Azərbaycanın marağında - VİDEO
Azərbaycan Rusiyadan ən müasir qırıcılar ala bilər

Azərbaycan Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi və yenidən silahlandırılması məqsədilə Rusiya istehsalı olan qırıcıları diqqətlə nəzərdən keçirir.

Bakı ilə Moskvanın hərbi-texniki əməkdaşlığı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup mütəxəssisi Rusiyada Su-35 və MiQ-35 döyüş təyyarələrini istehsal edən müdafiə sənayesi müəssisələrinə baş çəkiblər. Görüş zamanı Azərbaycanın Rusiya istehsalı olan ən müasir qırıcı təyyarələrin alınmasında maraqlı olduğu bildirilib. Rusiya tərəfi isə öz növbəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin tələbatına uyğun miqdarda döyüş təyyarələri göndərməyə hazır olduğunu bildirib.

Bundan əvvəl Azərbaycan Hərbi Hava Qüvvələri Pakistan istehsalı olan yeni JF-17 "Thunder" qırıcıları ilə maraqlanıb. Yüngül JF-17 qırıcısı əslində Çinin J-7 təyyarəsinin modernləşdirilmiş versiyası və sovet istehsalı olan MiQ-21 qırıcısının davamıdır. Təyyarənin döyüş diapazonu 652 kilometrdir. Ola bilsin ki, Pakistan qırıcıları İtaliyadan alınmış M-346 təlim-döyüş təyyarələri kimi azərbaycanlı hərbi pilotların təlimi üçün nəzərdə tutulub.

MiQ-35 hava hədəflərinin, hərəkətli və hərəkətsiz yerüstü (suüstü) obyektlərin gecə və gündüz məhv edilməsi üçün nəzərdə tutulub. Ən yeni bort avadanlığı və yüksək dəqiqliyə malik silahlar MiQ-35 təyyarəsinə dördüncü və beşinci nəslin qırıcıları ilə mübarizədə havada üstünlüyü qazanmağa, müasir hava hücum vasitələrini məhv etməyə, düşmənin hava hücumundan müdafiə zonasına daxil olmadan yüksək dəqiqliyə malik silahlarla yerüstü və suüstü hədəflərə zərbələr vurmağa, yüksək texnologiyalı hava kəşfiyyatı aparmağa və aviasiya qruplarını idarə etməyə imkanı verir.

MiQ-35 ilə, Su-35 təyyarəsinin əsas xüsusiyyətləri belədir.

MiQ-35-in Su-35-in

- maksimum uçuş çəkisi: 24500 kq - maksimum uçuş çəkisi: 34500 kq

- maksimum xarici yükün çəkisi: 7000 kq - maksimum xarici yükün çəkisi: 8000 kq

- maksimum dartma qüvvəsi: 18000 kiloqram/qüvvə - maksimum dartma qüvvəsi: 29000 kiloqram/qüvvə

- maksimum sürət: 2100 km/saat - maksimum sürət: 2400 km/saat

- xidmət tavanı: 16000 m - xidmət tavanı: 18000 m

- maksimum cazibə qüvvəsi ekvivalenti (g qüvvəsi): +9 - maksimum cazibə qüvvəsi ekvivalenti (g qüvvəsi): +9

- maksimum uçuş məsafəsi: 4500 km - maksimum uçuş məsafəsi: 3100 km

Qısası, MiQ-35 ilə müqayisədə Su-35 qırıcısı daha ağırdır, daha çox döyüş yükü daşıyır, daha yüksəyə, daha sürətlə və daha uzağa uçur. Ancaq bütün bunlar heç də MiQ-35-in üstünlüklərini azaltmır.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər