Səfir: İspaniyada koronavirusdan ölən, yaxud bu virusa yoluxan azərbaycanlı yoxdur - EKSKLÜZİV,VİDEO

Səfir: İspaniyada koronavirusdan ölən, yaxud bu virusa yoluxan azərbaycanlı yoxdur - EKSKLÜZİV,VİDEO
"Aprelin ortalarında pik hədd aşılacaq"

Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov "Real İntervyu"da İspaniyada ölənlərin sayında bir neçə gün əvvəl azalmanın olduğunu bildirib.

Səfirin sözlərinə görə dünən İspaniyada pandemiyadan ölənlərin sayında yenidən artım olub: 

"Aprelin 15-dən sonra pik həddin enəcəyi gözlənilir. Fövqəladə vəziyyət elan olunandan sonra dərhal səfirliyimizdə qaynar xətt yaradılıb. Burda olan qərara əsasən diplomatlara işə çıxmaq məhdudiyyəti yoxdur. Növbəli şəkildə səfirlikdə iş davam etdirilir. İnsanlar əvvəlcə çaşqınlıq vəziyyətinə düşmüşdülər. Prezidentin təşəbbüsü ilə yaradılan Operativ Qərargahın tövsiyələrinə uğyun olaraq biz də həmyerlilərimizə İspaniyanın qaydalarına əməl etməklə bağlı çağırış etdik. Vətəndaşlar bunu anlayışla qəbul etdilər. Əvvəl bunu qəbul etmirdi vətəndaşlar. İspaniyada koronavirusdan ölən, yaxud bu virusa yoluxan azərbaycanlı yoxdur. Vətəndaşlarımız evdə qalmağı daha üstün bilirlər. İş rejimimiz normal qaydada davam edir. Önəmli məsələlər bir yerdə müzakirə olunur. Daim bu məsələ diqqət mərkəzindədir. Qorunmaq üçün tibbi spirt, tibbi maskalar, gigiyenik vasitələrdən istifadə edirik. Bir birimizlə məsafəli ünsiyyət saxlayırıq".

Qeyd edək ki, İspaniyada son 24 saat ərzində 605 nəfər koronavirusdan ölüb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər