2 hamilə qadın koronavirusdan öldü

2 hamilə qadın koronavirusdan öldü

Meksikada ilk dəfə iki hamilə qadın COVİD -19-dan dünyasını dəyişib.

Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 194-ə yüksəlib.

Səhiyyə nazirinin müavini Hugo Lopez-Gatell bildirib ki, hamilə qadınlardan biri ölümündən əvvəl oğlan uşağı dünyaya gətirib.

Nazir müavini əlavə edib ki, yeni doğulmuş körpənin tənəffüsündə problemlər var. Vəziyyəti ağırdır.

Reuters agentliyinin məlumatına görə, qadınlardan biri yüksək təzyiq, digəri diabet xəsətəsi olub.

Meksikada koronavirusa yoluxanların sayı 3 min 441 nəfərdir.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər