Ermənistanda koronavirusdan ölənlərin sayı 12 nəfərə yüksəlib - YENİLƏNİB

Ermənistanda koronavirusdan ölənlərin sayı 12 nəfərə yüksəlib - YENİLƏNİB

Ermənistanda daha bir nəfər koronavirusdan vəfat edib.

Bu barədə Ermənistanın Səhiyyə Naziri məlumat verib.

Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 12 nəfərə yüksəlib.

***

11:39

Ermənistanda koronavirusa yoluxanların sayı 937-yə çatıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı aprelin 10-da ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzi yayıb.

Bildirilib ki, son sutkada daha bir nəfər virusdan ölüb. Bununla da ölənlərin sayı 11-ə çatıb.

Son sutkada isə daha 16 nəfərin infeksiyaya yoluxması qeydə alınıb.

Qeyd edək ki, aprelin 14-dək Ermənistanda koronavirusa qarşı mübarizə məqsədi ilə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən