Cənubi Koreyada koronavirusa yoluxanların sayı 10,3 min nəfəri ötüb

Cənubi Koreyada koronavirusa yoluxanların sayı 10,3 min nəfəri ötüb

Son bir gün ərzində Cənubi Koreyada koronavirusa 54 yeni yoluxma qeydə alınıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzi bildirib.

Qeyd edilir ki, ötən gün ölkədə virusa yoluxmuş 84 xəstə sağalıb. COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 10 384 nəfərə çatıb. Cənubi Koreyada 200 insan pandemiyanın qurbanı olub.

Cənubi Koreya epidemiologiya təhlükəsinı ən yüksəyə səviyyəyə qaldırıb. Tequ şəhəri və Kyonsan-Pukto əyalətinin üç şəhəri xüsusi fəlakət zonası elan edilib. Sakinlərə 19 aprelə qədər ehtiyac olmadıqda evlərini tərk etməməyi, idman, əyləncə və dini müəssisələri bağlamağı xahiş ediblər. Tədris ili 9 apreldən onlayn rejimdə başlayacaq.

REAL

Digər xəbərlər
Bu gün
Dünən