Qazaxıstanda 685 nəfər koronavirusa yoluxub - VİDEO

Qazaxıstanda 685 nəfər koronavirusa yoluxub - VİDEO
Pandemiyaya yoluxan 50 nəfər sağalıb, 6 nəfər ölüb

Martın 16-dan aprelin 15-dək Qazaxıstanda fövqəladə vəziyyət elan olunub.

REAL xəbər verir ki, ölkənin Nursultan və Almaata kimi iri şəhərlərində xüsusi karantin rejimi tətbiq olunub.

Bu şəhərlərdə mərkəzi dövlət qurumları, hüquq mühafizə orqanları, səhiyyə təşkilatları, kütləvi informasiya vasitələri, ərzaq mağazaları və apteklər istisna olmaqla bütün müəssələrin fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, koronavirus epidemiyası ilə əlaqədar Qazaxıstanda şəhərlərə giriş-çıxış məhdudlaşdırılıb və nəqliyyatın hərəkəti dayandırılıb.

Digər xəbərlər
Bu gün
Dünən