1000 ədəd tibbi maska paylanıb - VİDEO

1000 ədəd tibbi maska paylanıb - VİDEO
Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsi pulsuz maska paylayıb

Koronavirus pandemiyasının yayılmasını nəzərə alaraq, infeksiyaya qarşı genişmiqyaslı mübarizə tədbirlərinə dəstək verilməsi və sosial həmrəylik nümayiş etdirilməsi məqsədilə Ailə, Qadın və Uşaq problemləri dövlət komitəsi “Evdə qal” kampaniyası çərçivəsində fəaliyyətini davam etdirir.

Əhalinin qoruyucu tibbi maskalara olan ehtyacını nəzərə alaraq komitə və komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələlərə dəstək Mərkəzlərinin təşəbbüsü ilə əhalinin tibbi maskalarla təmin edilməsi məqsədilə Mərkəzlərin könüllüləri və ictimai əsaslarla komitə əməkdaşları tərəfindən tibbi maska maskalar hazırlanıb.

Eyni zamanda “Evdə qal” aksiyası çərçivəsində Azərbaycanın bir çox rayonlarında Uşaq və Ailələrə dəstək mərkəzinin psixoloqları onlayn zəng vasitəsilə 67-i uşaq, 24-ü ahıl olmaqla 193 nəfərə psixoloji yardım göstərib.
 

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər