Türkiyədə koronavirusdan ölənlərin sayı 500-ü keçdi

Türkiyədə koronavirusdan ölənlərin sayı 500-ü keçdi
Son 24 saat ərzində 3 mindən çox “COVİD-19” a yoluxma qeydə alınıb

REAL-ın Türkiyə Bürosu xəbər verir:

Türkiyədə koronavirusdan ölən və bu virusa yoluxanların sayı sürətlə artır. Səhiyyə nazirliyinin verdiyi açıqlamaya görə son 24 saat ərzində bu virusdan 76 nəfər dünyasını dəyişib. Bu müddət ərzində 3 min 13 nəfər isə “COVİD-19” diaqnozu qoyulub. Hazırda Türkiyədə 23 min 934 nəfər koronavirus diaqnozu qoyulan şəxs var. Bu günə qədər Türkiyədə “COVİD-19” səbəbindən ölənlərin sayı 501 nəfərə çatıb. 

Nazirliyin verdiyi digər açıqlamaya görə “COVİD-19”a yoluxan və müalicəsini bitirib evə buraxılan şəxslərin sayı 786 nəfərdir.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər