Qadağalar sərtləşdirilir - VİDEO

Qadağalar sərtləşdirilir - VİDEO
Fasiləsiz çalışanların sms-lə icazə almasına ehtiyac yoxdur

Həyati əhəmiyyətli işlərdə çalışan idarə və təşkilatların əməkdaşlarının,smslə icazə almasına ehtiyyac yoxdur.Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirdi.Fasiləsiz iş rejimində çalışanlar işdən sonra da market və ya apteklərə gedən zaman onlardan icazə sms-i tələb olunmayacaq.

Bundan əlavə ,icazəsi olan şəxs,avtomobilində icazəsi olmayan sərnişin daşıya bilməz.Əyər belə hal baş verərsə,sərnişin karantin qaydalarını pozmuş olur.Və ictimai məsuliyyətə cəlb olunacaq.Həmçinin Əqli qüsurlu,xüsusi baxıcılıq xidmətinə ehtiyyac duyan tənha şəxslərə xidmət göstərən şəxslər öz işlərinə davam edə bilərlər.Bunun üçün onlardan hər-hansısa sənəd tələb olunmayacaq.

Qeyd edək ki,martın 31-dən etibarən insanlardan karantin qaydalarına əməl etmək "tövsiyyə" yox tələb olunur.Sərtləşdirilən karantin qaydalarını pozanlara qarşı cəza tədbirləri görülür.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər