Gürcüstanda daha 7 nəfər koronavirusa yoluxub

Gürcüstanda daha 7 nəfər koronavirusa yoluxub

Gürcüstanda gün ərzində daha 7 nəfər koronavirusa yoluxub. Bununla da COVID-19 virusuna yoluxanların sayı 155 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla əlaqədar yaratdığı ctopcov.ge saytında məlumat verilir.

Bildirilir ki, hazırda ölkədə 5 min 526 nəfər karantində, 344 nəfər stasionar nəzarətdədir.

Gürcüstanda 27 nəfər koronavirusdan müalicə olunub.

Digər xəbərlər
Bu gün
Dünən