Estoniyada koronavirusa yoluxanların sayı 900-ü ötüb

Estoniyada koronavirusa yoluxanların sayı 900-ü ötüb

Estoniyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 103 nəfər artaraq 961-ə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 18 min 290 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 2 min 514 nəfərdən 858-nin analiz nəticəsi müsbət çıxıb.

Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Qeyd edək ki, ölkədə bu günə qədər koronavirusdan 12 ölüm hadisəsi qeydə alınıb.

REAL

Digər xəbərlər
Bu gün
Dünən