Qaydaları pozan 1476 nəfər cərimələnib - VİDEO

Qaydaları pozan 1476 nəfər cərimələnib - VİDEO
Qanunu təkrar pozanları inzibati həbs gözləyir

Martın 31-dən etibarən Koronavirus pandemiyasını əleyhinə gürülən tədbirlərin sərtləşdirilməsinin ardından, Bakıya giriş-çıxışa nəzarət də gücləndirildi.

Postlardan yayınmağa çalışanlara qarşı, əlavə postlar qurulub. Günlərdir vətəndaşlara xəbərdarlıq edilsə də, tövsiyyələrə məhəl qoymayanlar kifayət qədərdir. Məhz onların məsuliyyətsizliyi ucbatından bu gün Ekoloji Nəzarət Postunda saatlarla tıxac yarandı. 

Qeyd edək ki, yoluxma hallarının qarşısının alınması üçün, insanlardan sabit bir yerdə qalmaqları tələb olunur.

Yəni, qonaq getmək, müvəqqəti yer dəyişdirmək, xəstə ziyarətinə getmək və bu kimi səfərlər qadağan edilib.

Aprelin 5-dən etibarən isə,evdən çıxan hər bir şəxs yarım saat öncəsindən, elektron ərizə ilə müraciət etməlidir.

Bunun üçün xüsusi sms xətti olan, 81-03 nömrəsinə məlumat göndərilməlidir.

Yalnız izah etdiyiniz məqsəd üçün çıxa və qeyd etdiyiniz ünvana gedib qayıda bilərsiz. Əgər, mesajda Yasamal rayonundaki marketi qeyd edib, lakin başqa rayon ərazisinə getsəniz bu zaman sizə yaxınlaşan polis əməkdaşları tərəfindən cərimələnəcəksiniz.

Unutmayın ki, bütün bu qaydalar hər kəsin can sağlığı üçündür. Qaydaları pozmayaraq, xüsusi karantin rejiminə əməl edin.

Digər xəbərlər
Bu gün
Dünən