DİN: 1320 nəqliyyat vasitəsi xüsusi postlardan geri qaytarılıb

DİN: 1320 nəqliyyat vasitəsi xüsusi postlardan geri qaytarılıb

Ötən gün xüsusi karantin rejimini pozduqlarına görə 10 nəfər inzibati qaydada həbs edilib, 3581 nəfər inzibati cərimə olunub.
 
DİN-dən REAL-a verilən məlumata görə, koronavirusa qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər zamanı xüsusi karantin rejimi qaydalarını pozan fiziki və hüquqi şəxslərə qarşı inzibati tənbeh tədbirləri tətbiq edilib. 

Həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 2-dən 3-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 15, o cümlədən Bakı şəhərində 9 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Həmin obyekt sahiblərinin hər biri inzibati cərimə edilib.

Sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə, həmçinin epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərini pozduqlarına görə ümumilikdə 3566 nəfərə, onlardan Bakı şəhəri üzrə 2973 nəfərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilmiş, 10 şəxs inzibati qaydada həbs olunub.

Eyni zamanda, qeydiyyatda olduqları ərazidən kənara çıxmağa cəhd göstərən 1320 nəqliyyat vasitəsi xüsusi postlardan geri qaytarılıb.

​Ümumilikdə ötən gün ərzində respublika üzrə 10 nəfər inzibati həbs edilmiş, 3581 nəfər inzibati cərimə olunub.

​Bir daha vətəndaşlarımızdan Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələblərinə qeyd-şərtsiz riayət etməyi tələb edirik.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər