H.Əliyev prospektinin 2.5 km-i asfaltlanıb - VİDEO

H.Əliyev prospektinin 2.5 km-i asfaltlanıb - VİDEO
Xırdalanda digər küçələrdə 5.4 km-lik yolda işlər yekunlaşmaq üzrədir

Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ümumi uzunluğu 5,4 kilometr olan Nizami Gəncəvi, Qalubiyyə, Hacı Zeynalabdin Tağıyev və Səttar Bəhlulzadə küçələrinin təmiri nəzərdə tutulur. artıq Qalubiyyə küçəsində işlər yekunlaşdırılıb, Nizami Gəncəvi küçəsində isə yekunlaşmaq üzrədir.

Aparılan kompleks tədbirlər çərçivəsində, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı təmir olunan Qalubiyyə küçəsinin uzunluğu 1.1 km, ortalama eni 10 m-dir. Təmiri yekunlaşmaq üzrə olan Nizami Gəncəvi küçəsinin uzunluğu 1.6 km, ortalama eni isə 12 m təşkil edir. Bu küçələr üzrə ümumi asfaltlanan ərazinin sahəsi 12.5 min kv.m təşkil edir.

Ölkə başçısının sərəncamına əsasən, növbəti mərhələdə 1.5 km uzunluğa malik Hacı Zeynalabdin Tağıyev və 1.2 km uzunluğa malik Səttar Bəhlulzadə küçələrinin əsaslı təmiri nəzərdə tutulub. Bu küçələr üzrə asfaltlanacaq sahə 22.5 min kv.m-dir.

Hazırda Xırdalan şəhərinin əsas nəqliyyat arteriyası hesab olunan Heydər Əliyev prospektində isə yenidənqurma işlər davam etdirilir. Prospektin uzunluğu 5100 metrdir ki, bunun da 2700 metri 4 hərəkət zolaqlıdır.

Əsaslı təmir işləri çərçivəsində prospekt boyu köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq kənarlaşdırılıb, zərui olan yerlərdə yol əsasının yararsızq qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib. Bundan başqa mümkün ərazilərdə yolun hər iki tərəfi 2 m olmaqla genişləndirilib.

Bu işlərin ardınca “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, asfaltlanması işlərinə başlanılıb. Artıq prospektin 2.5 km-lik hissəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşdırılıb.

Mövcud piyada səkilərinin yenidən qurulması, zəruri olan yerlərdə yeni piyada səkilərinin tikintisi, kənarlarına isə yeni səki daşlarının düzülməsi işləri də layihə üzrə həyata keçirilən işlərdəndir.

Layihənin sonuncu mərhələsində kanalizasiya quyularının baxış qapaqları layihə hündürlüyünə qaldırılaraq yenilənəcək, yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdiriləcək, hərəkətin normal təşkil üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.

Bütün işlər texnoloji ardıcıllığa uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi TƏRƏFİNDƏN aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

REAL

Digər xəbərlər
Bu gün
Dünən