Belçikada koronavirusa yoluxanların sayı 9134 nəfərə çatıb

Belçikada koronavirusa yoluxanların sayı 9134 nəfərə çatıb

Belçiakda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) daha 1850 yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə krallığın Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ötən sutka ərzində koronavirusdan 64 nəfərin ölümü də qeydə alınıb.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 9134 nəfərə, ölənlərin sayı isə 353 nəfərə çatıb.

Qeyd edək ki, Belçikada martın 14-dən ümummilli karantin tətbiq edilib, martın 28-i onun aprelin 19-dək uzadılması barədə qərar qaəbul edilib.

REAL

Digər xəbərlər
Bu gün
Dünən