Xüsusi rejim gücləndirilir - VIDEO

Xüsusi rejim gücləndirilir - VIDEO
Virusa yoluxanların sayı artır

Dünya xəritəsinə nəzər yetirsək görərik ki, koronavirus pandemiyasını ciddiyə almayan və sərt qaydalar tətbiq etməyən ölkələrdə çox acınacaqlı vəziyyət yaranıb.

Dövlətin gördüyü tədbirlər gözlənilən təhlükəli vəziyyətin qarşısını aldı. Ancaq insanlarımızın bu təhlükədən xilas olmasına heç kəs zəmanət vermir. Dünyanı cənginə alan taclı ölüm mələyinin hər an qurbanı ola bilərik.

İsti ocağını, öz istəyi ilə soyuq torpağa dəyişmək özünü qəsd sayılırsa, özü ilə yüzlərlə insanıda bu bəlaya düçar etmək insanlığa, insanımıza vurulan bağışlanmaz zərbədir.

Bu gün Avropanın inkişaf etmiş ölkələrində yaranan vəziyyətin, planetin çox kiçik bir hissəsini əhatə edən Azərbaycandan yan keçəcəyinə zəmanət yoxdur.

Hakimlərdə bu virusun qurbanı olur, həkimlərdə. Atalarsa deyib: "Xəstə həkimdən dərman istəməzlər".

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər