Qaradağda dezinfeksiya işləri - VİDEO

Qaradağda dezinfeksiya işləri - VİDEO
Rayonun küçələri dezinfeksiya məhlulları ilə yuyulur

Dünyada koronavirus (COVID-19) infeksiyasının əhatə dairəsinin və coğrafiyasının genişlənməsinin müşahidə olunduğu dövrdə Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi dövlət başçısının diqqət mərkəzindədir.

Qaradağ rayonunda koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə martın 19-da Qaradağ Rayon İcra Hakimiyyətində Koronavirusla mübarizə qərargahı yaradılıb.

Bundan əlavə, Qaradağ rayonunda koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə ticarət, turizm, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejimləri tətbiq olunub və əhalinin sosial izolyasiya tədbirlərinə əməl etmələri üçün müvafiq addımlar atılıb.

Koronavirusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə 984 yaşayış binasında, bu binaların qarşısında olan 75 min kvadratmetr, binalardakı ümumi istifadə yerlərində, 40 min kvadratmetr giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinələri və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, piyada keçidlərində, dükanların qarşısında, ümumi sahəsi 25 min kvadratmetr olan parklarda, dayanacaqlarda və digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri aparılır.

Həmçinin gündəlik olaraq məhəllələrdə oturacaqlar, idman qurğuları, söhbətgahlar, uşaq meydançalarında, məişət tullantılarının atıldığı konteyner meydançalarında da dərmanlanma işləri aparılır. Ümumi sahəsi 250 min kvadratmetr olan küçə və prospektlər xüsusi olaraq dezinfeksiya məhlulları ilə gündəlik yuyulur.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən