“Böyüklərə hörmətlə“ təşəbbüsü - VİDEO

“Böyüklərə hörmətlə“ təşəbbüsü - VİDEO
Müddəti martda bitən pensiya kartlarının istifadəsi 3 ay da uzadıldı

Ölkədə koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə Azərbaycan Beynəlxalq Bankı (ABB) pensiyaçıların banka gəlmək ehtiyaclarını aradan qaldırmaq üçün “Böyüklərə hörmətlə” təşəbbüsünü elan edib.

Bankdan REAL-a verilən məlumata görə, bu təşəbbüs çərçivəsində, ilk növbədə, müddəti mart ayında başa çatan bütün pensiya kartlarından istifadə vaxtı apreldən etibarən daha 3 ay uzadılır.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı bütün müştəriləri kimi pensiya kartı sahiblərinə də ödənişlərini mümkün qədər nağdsız aparmağı tövsiyə edir. Bu zaman onlar həm bankın yaratdığı kəşbək imkanlarından faydalanacaq, həm də dövriyyə zamanı əldən-ələ keçərək infeksiyanın yayılmasına şərait yaradan kağız pulların sağlamlıq üçün yaratdığı risklərdən qorunmuş olacaqlar.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər