Həyatını evə sığdır! (VİDEO)

Həyatını evə sığdır! (VİDEO)
Ziyalılar və din xadimləri insanlara "Evdə qal!" çağırışı etdilər

Ümumdünya Səhiyyə Təşkilatının başlatdığı "Evdə Qal, Həyatları xilas et" aksiyasına artıq cəmiyyətin bütün təbəqələri, ziyalılar, din xadimləri də qoşulub. Onlar hər kəsi hökumətin koronavirus infeksiyasına qarşı qabaqlayıcı və təxirəsalınmaz tədbirlərini dəstəkləməyə çağırırlar. Ziyalılar evdə qalmağın müsbət tərəflərindən danışaraq, bu fürsətdən kifayət qədər faydalanmağı məsləhət görürlər.

Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyyələrinə əsasən, dini qurumlarda kütləvi mərasimlərin keçrilməsi artıq ləğv edilib.

Qeyd edək ki, Dünyada yayılmış koronavirus pandemiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə artıq 3 gündür ki Azərbaycanda xüsusi Karantin rejimi tətbiq edilir. Bu rejimin tələblərinə uyğun olaraq xüsusi risk qrupuna aid, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilb. Digər yaş qrupundan olan insnlara isə zərurət yaranmadığı təqdirdə evdə qalmaq tövsiyyə edilir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər