Ukraynada fövqəladə situasiya - VİDEO

Ukraynada fövqəladə situasiya - VİDEO
Ölkədə koronavirusa 156 yoluxma, 5 ölüm fakti qeydə alinib

Ukrayna Nazirlər kabineti, koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsi üçün martın 25 aprelin 24- ə dək, bütün Ukrayna ərazisində fövqaladə situasiya elan edib. x

Kiyev də daxil olmaqla, Ukraynanın bir neçə regionunda fövqəladə situasiya bir neçə gün öncə artıq tətbiq olunmuşdu.

Qeyd edək ki, fövqəladə situasiya, fövqəladə vəziyyət deyil. Fövqəladə vəziyyət tətbiq olunduqu bölgələrdə vətəndaşların hüquq və azadlaqlarını azaldır, dovlət orqanlarına vətəndaşların şəxsi əmlakından istifadəsinə imkan yaradır və sairə. Ukrayna konstitusiyasına əsasən, Fövqaladə vəziyyətin tətbiq olunması haqda qərarı, yalnız Ukrayna Ali radası verə bilər.

Fövqəladə situasiya isə pandemiya ilə mübarizə aparan bütün dövlət strukturlarının eləcə də hüquq mühafizə orqanlarının tam səfərbər olması üçün nəzərdə tutulub.

Ukraynada, martın 12-dən aprel ayının 4-ə dək elan edilmiş karantin müddəti də, aprel ayının 24 dək uzadıldı.

Mart ayının 23-dən etibarən isə, Kiyevdə ictimai nəqliyyat məhdudlaşdırılmış rejimdə işləyir. İctimai nəqliyyatdan yalnız xüsusi buraxılış vərəqələri olan şəxslər istifadə edə bilər.

Avtobuslara qoruyucu maskasız giriş qadağandır. Ukraynalı siyasi ekspert Borislav Bereza isə görülən tədbirlərin qənaətbəxş olmadığını iddia edir.

Mart ayının 25 nə olan rəsmi məlumata görə, Ukraynada Koronavivus innfeksiyasına yoluxanların sayı 113, infeksiyadan ölənlərin sayı isə 4 nəfərdir.

 

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər