1000 nəfərdən çox insan ölüb - VİDEO, YENİLƏNİB

1000 nəfərdən çox insan ölüb - VİDEO, YENİLƏNİB
Koronavirusa yoluxanların sayı isə 65 mini keçib

ABŞ ərazisində koronavirusun səbəb olduğu xəstəliyin qurbanlarının sayı 1 000 nəfərdən çoxdur.

Bununla bağlı göstərici ölkədə federal və yerli hakimiyyətin məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin xəbərlərində yer alıb.

Universitetin informasiyasına görə, Birləşmiş Ştatlarda xəstəlikdən qeydə alınmış ölüm hallarının sayı 1 031 təşkil edir. Ölkədə koronavirusa 68 572 yoluxma qeydə alınıb.

Koronavirus ilk dəfə 2019-cu ilin sonunda Mərkəzi Çində, Uhan şəhərində qeydə alınıb. COVID-19 Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilib.

Dünyada koronavirus qurbanlarının sayı 18 min nəfərdən artıqdır. Koronavrusa yoluxanların ümumi sayı 414 179 nəfərdir. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər