Polis paytaxda reydləri davam etdirir - VİDEO

Polis paytaxda reydləri davam etdirir - VİDEO
Xüsusi karantin rejiminə məhəl qoymayanlara xəbərdarliq edilir

Ölkə ərazisində xüsusi karantin rejimi elan olunduqdan dərhal sonra,sosial təcrid qərarına məhəl qoymayanlara qarşı,Bakı şəhər baş polis idarəsinin əməkdaşları reydlər keçirdi.
Paytaxtın müxtəlif ərazilərində insanların ara məsafəsini gözləmədən toplaşdıqlarının şahidi olduq.

Bütün kütləvi informasiya vasitələri hər gün az qala hər saat,evdə qal prinsipini insanlara izah etsələr də,buna məhəl qoymayanlar kifayət qədərdir.Hətta qış parkında piknik edənlərə də rast gəldik.

Xüsusi risk qrupuna aid olan 65 yaşından yuxarı şəxslərə evdən çıxmamaqlarına qadağa qoyulsa da,maskasız şəhərdə dolaşanlar kifayət qədərdir.Ərazidə reyd keçirən polis əməkdaşları,həmin insanları evlərinə yola salmağa müvəffəq oldular.

Yasamal rayonu ərazisində də vəziyyət eynidir.Heç bir qoruyucu vasitədən istifadə etmədən saatlarla parklarda səkilərdə gəzişənlər var.Gücləndirilmiş iş rejimində çalışan polis əməkdaşları,axşam saatlarında da reydləri davam etdirir

Qeyd edək ki,bütün dünya bu koronavirus pandemiyası ilə mübarizə şəklini sərtləşdirərkən,bizim ölkəmizdə hələ də vəziyyətin ciddiliyinin fərqində olmayanlar var.
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən