“Karantin rejiminə riayət edin!“ - VİDEO

“Karantin rejiminə riayət edin!“ - VİDEO
Hacı Surxay: "İslam dini karantini məqbul sayır"

Koronavirus pandemiyası səbəbindən dünyada beynəlxalq,irimiqyaslı kütləvi tədbirlər təxirə salınıb.

Bəzi ölkələrdə qrup halında, bəzilərində isə ümumiyyətlə küçəyə çıxmaq qadağan edilib. Azərbaycan höküməti də ölkədə yarana biləcək kritik vəziyyətin qarşısını almaq məqsədilə, respublikada xsusi karantin rejimi elan edib. Nazirlər Kabineti yanında operativ qərargah əhalidən ciddi şəkildə özünütəcrid qaydalarına riayət etməyi xaiş edib.

Bu addım təkcə Azərbaycanda atılmayıb. İnsanların virusa yoluxmasının minimuma çatdırılması məqsədilə müxtəlif ölkələrdə bütün dinlərə aid müqəddəs məkanlara,ibadət yerlərinə giriş çıxış məhdudlaşdırılıb.

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi əhaliyə xüsusəndə dindarlara müraciət etdi.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargah əhalidən xüsusi karantin və ozünütəcrid qaydalarına ciddi şəkildə riayət etməyi və mümkün qədər evdən çölə çıxmamağı xaiş edir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər