Dövlət vətəndaşlarının yanındadır - VİDEO

Dövlət vətəndaşlarının yanındadır - VİDEO
Dövlət hesabına 10 minə yaxın Azərbaycan vətəndaşinin təxliyəsi reallaşıb

Dünyada koronavirusun pandemiya elan olunması və bundan sonra sərhədlərin bağlanması fonunda bu günə qədər Azərbaycan Hava yolları və digər vasitələrlə,bilavasitə dövlət hesabına 10 minə yaxın Azərbaycan vətəndaşının müxtəlif bölgələrdən Azərbaycan Respublikasına təxliyyəsi həyata keçirilib.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dedi.

"Azərbaycanda həyata keçirilən tədbirlərin səviyyəsi məhz bu gün hələ hazırlıq və cavab tədbirləri səviyyəsində qiymətləndirilir. O mənada ki, hələ Azərbaycanda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən həyəcan siqnalı çalınmayıb. Bu da dövlətimizin başçısının rəhbərliyi altında Azərbaycan Respublikasında idarəetmə sisteminin mükəmməl səviyyədə təşkilinin nəticəsidir", - deyə Hikmət Hacıyev brifinq zamanı vurğulayıb.

Digər xəbərlər
Bu gün
Dünən