Neftçalada mənzildə partlayış olub

Neftçalada mənzildə partlayış olub

Neftçalada mənzildə qaz sızmasından partlayış baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, axşam saatlarında Neftçala şəhəri H.Əliyev prospektində yerləşən yaşayış binasının birinci mərtəbəsində 1932-ci il təvəllüdlü İmanova Bacıbacı Allahverdi qızına məxsus mənzildə partlayış baş verib.

Partlayış nəticəsində ev sahibi 3-cü dərəcəli yanıq xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Partlayışın gücündən blokda yerləşən  7 mənzilə və binanın qarşısında dayanan 3 avtomobilə ciddi ziyan dəyib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər