İngilislər Panamanın 6-nı üstünə çevirdi - FOTO

İngilislər Panamanın 6-nı üstünə çevirdi - FOTO
İngiltərə 6:1 Panama

Futbol üzrə dünya çempionatında ikinci turun oyunları davam edir. Mundialın favoritlərindən olan İngiltərə yığması bu tur Panama seçməsini böyük hesabla məğlub edib.

Futbol yaradıcıları ilk 45 dəqiqədə rəqibi 5 dəfə meydanın mərkəzinə dəvət ediblər. Əvvəlcə Con Stons başla baxımlı qola imza atıb.

22-ci dəqiqədə Harri Keyn komandasının üstünlüyünü 2 topa çatdırıb. 36-cı dəqiqədə Cessi Linqard möhtəşəm zərbə ilə üstünlüyü 3 topa çatdırıb.

40-cı dəqiqədə Stounz dublunu rəsmiləşdirib. Komanda yoldaşından geri qalmayan Keyn daha bir penaltini dəqiq yerinə yetirib.

Fasilədən sonra hücumlarını davam etdirən ingilislər 6-cı dəfə fərqləniblər. Keyn bu mundialda ikinci het –trik müəllifi kimi tarixə düşüb.

Panamalılar quru hesablı məğlubiyyətdən 78-ci dəqiqədə yaxa qurtarıblar. Felipe Baloy adını tabloya yazdırıb. Beləliklə 6-1 hesablı qələbə sayəsində ingilislər də belçikalılar kimi 1/8 finala vəsiqəni təmin ediblər.

Bu qrupda mübarizə aparan Panama və Tunis seçmələri isə son turun oyunundan sonra vətənə dönəcəklər. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər