2 ölkə “TOKİO-2020”dən imtina etdi

2 ölkə “TOKİO-2020”dən imtina etdi
Kanada və Avstraliya idmançılarını Yaponiyaya göndərməyəcək

Tokio-2020 Yay Olimpiya Oyunlarının startına 4 ay vaxt qalıb. Amma 4 illiyin ən mötəbər yarışının taleyinə hələ də aydınlıq gəlməyib. Turnirin keçiriləcəyi və ya təxirə salınacağı ilə bağlı qərar verilməyib. Beynəlxalq Olimpiya Komitəsi Olimpiada ilə bağlı qərar vermək üçün təxminən 4 həftə vaxt istəyib.

Amma bəzi ölkələr indidən yarışa qatılmaqdan imtina ediblər. Belə ki, Kanada və Avstraliya öz idmançılarını Yaponiyaya göndərməyəcək. Bu barədə hər iki ölkənin Milli Olimpiya Komitələri bəyanat yayıb.

Kanadanın Milli Olimpiya və Paralimpiya Komitələrinin yaydığı birgə bəyanatda idmançıların sağlamlığının hər şeydən vacib olduğu və turnirə idmançılarını göndərməyəcəkləri bildirilir.

Avstraliyanın Tokio Olimpiadası üçün Şef de Misyon rəhbəri Yan Çesterman və ölkənin Milli Olimpiya Komitəsinin rəhbəri Met Karol isə açıqlamalarında bildiriblər ki, iyulda bu yarış keçirilə bilməz. Karolun sözlərinə görə, artıq idmançılar 2021-ci ildə təşkil olunacaq Olimpiadaya hazırlaşmalıdırlar.

Xatırladaq ki, iyulun 24-də start götürəcək Yay Olimpiya Oyunları avqustun 9-da yekunlaşacaq.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər