Y.Nepomnyaşi ilk pillədə

Y.Nepomnyaşi ilk pillədə
İddiaçılar turnirində 6-cı turun oyunları keçirilir

Rusiyada şahmat üzrə iddiaçılar turniri davam edir. Yekaterinburq şəhərində reallaşan yarışda bu gün 6-cı turunun oyunları keçirilir.

Rusiya təmsilçiləri Aleksandr Qrişuk, Kiril Alekseyenko və Yan Nepomnyaşi müvafiq olaraq amerikalı Fabiao Karuana, niderlandlı Aniş Giri və çinli Dinq Lirenlə üz-üzə gəlir. Digər çinli şahmatçı Hao Yanq isə fransalı Maksim Vaşe-Laqravla münasibətləri aydınlaşdırır.

5 turdan sonra aktivində 3 xal yarım olan Nepomnyaşi ilk pilləni ələ keçirib. Liderdən yarım xal az hasil edən Vaşe-Laqrav 2-cidir. Hao Yanq, Qrişuk və Karuana 2 xaı yarım toplayıb. Alekseyenko, Giri və Dinq Lirenin isə 2 xalı var.

8 şahmatçının mübarizə apardığı və 14 turdan ibarət turnirə aprelin 3-də yekun vurulacaq.

Xatırladaq ki, ötən ilki dünya kubokunun qalibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbov koronavirusla əlaqədar yarışdan imtina edib. FİDE qrossmesyterimizi fransalı Maksim Vaşe-Laqravla əvəzləyib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər