XİN-dən Abxaziyada keçirilən qondarma “prezident seçkiləri” ilə bağlı - BƏYANAT

XİN-dən Abxaziyada keçirilən qondarma “prezident seçkiləri” ilə bağlı - BƏYANAT

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanın Abxaziya bölgəsində 22 mart 2020-ci il tarixində keçirilmiş qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 22 mart 2020-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır.

Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir".

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər