Ronaldu koronavirusla mübarizəyə dəstək verdi

Ronaldu koronavirusla mübarizəyə dəstək verdi

İtaliyanın "Yuventus" klubunun və Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldu koronavirusla mübarizəyə dəstək verəcək.

"Report"un AS nəşrinə istinadən məlumatına görə, 35 yaşlı hücumçu öz agenti Jorje Mendeş kimi hərəkət etməyi qərara gəlib. Mendeş Portuqaliya xəstəxanaları üçün dərmanlar, tibbi xalatlar və maskalar alıb. Ronaldu da tibb müəssisələrinə dərman və lazımi müdafiə vasitələri yardımı etməyi planlaşdırır.

Qeyd edək ki, Kriştianu Ronaldu hazırda Portuqaliyada karantindədir. Onun "Yuventus"dakı komanda yoldaşlarında koronavirus aşkarlanıb. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər