"Bridgewater": Koronavirusa görə ABŞ şirkətlərinin itkisi 4 trilyon dollara çata bilər

Koronavirus pandemiyasının yayılması ilə ABŞ-ın dövlət və özəl şirkətlərinin gəlirləri 4 trilyon dollara qədər azala bilər.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Bridgewater" hedc fondunun hesabatında bildirilir.

Fondun mütəxəssisləri hesab edir ki, itki ilə əsasən enerji və turizm sektorlarında fəaliyyət göstərən şirkətlər üzləşəcək. Onların gəlirlərinin 2 trilyon ABŞ dolları azalacağı ehtimal edilir. 

"Əgər vaxtında tədbir görülməsi koronavirus itkisi bu il ABŞ-ın ümumi daxili məhsulunu 6%-dən çox azaldacaq", - deyə mütəxəssislər bildirib. 

"Bridgewater"in proqnozuna görə, pandemiyanın yayılması ilə dünyada şirkətlərin ümumi itkisi isə 12 trilyon ABŞ dollarına çata bilər.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər