“Səba” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat ayırdı

“Səba” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat ayırdı

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli 1948 nömrəli sərəncamına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna “Səba” ASC 100 min manat vəsait ayırıb. Bu barədə “Səba” şirkətindən məlumat veriblər. 

“Dövlətimizin koronavirusla mübarizəyə cəlb edilmiş hər bir strukturunun, tibb işçilərimizin bu çətin günlərdə necə böyük səylə çalışdıqlarına hamımız şahidik. Onlara öz dəstəyimizi verə, ehtiyac duyulan nələrisə əldə etmək üçün yardım göstərə biliriksə, xalqımızın gələcəyi üçün biz də xidmət göstərmiş oluruq”, - “Səba” ASC-nin İdarə Heyətindən bildirilib.

“Şirkətimiz ölkənin ərzaq təhlükəsizliyinin təmininə məsuliyyət daşıyan istehsalçılardan biri kimi, bu günlərdə də fəaliyyətini xüsusi cavabdehliklə icra edir. İstehsal həcmimiz, daşınma və çatdırmalarımız hər zamankı kimi, xüsusi dəqiqliklə icra olunur. Biz ofis və müəssisələrimizdə mütəmadi dezinfeksiya tədbirləri aparırıq, əməkdaşlarımızın bir-biri ilə ehtiyac olmadan əlaqələrini minimuma endirmişik. “Səba” məhsullarının satışını həyata keçirən “Gündəlik” adlı mağazalarımız isə insanların minimum kontaktla girib, alış-veriş edə biləcəkləri kiçik məhlə dükanlarıdır” – “Səba”-dan belə deyiblər. 

Qeyd edək ki, “Səba” brendi ilə quş əti, sosis və kolbasalar, yarımfabrikatlar, süd məhsulları buraxılır, “Gündəlik” mağazalarının sayı isə ölkə üzrə 100-dən artıqdır. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər