Mir Şahinin vaxtı - VİDEO (15.03.2020)

Mir Şahinin vaxtı - VİDEO (15.03.2020)

REAL Təhlil və İnformasiya Mərkəzində Mir Şahin vaxtıdır.

Nə baş verir? Və təkcə Azərbaycanda yox. Bütün dünyada..

Bütün qlobusu özünü və öz dövlətini qoruma kimi təbii hiss bürüyüb.

Azərbaycan da istisna deyil. Biz də özümüzü, amma ilk növbədə dövlətimizi qorumalıyıq. Çünki biz müvəqqətiyiq. Dövlət əbədi olmalıdır! Elə buna görə də təhlil axşamına Azərbaycan Prezidenti İlham Əliyevin yeni seçilən Milli Məclis üzvləri qarşısındakı çıxışından başlayaq.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Bu seçkilər bir daha göstərdi ki, bu gün Azərbaycan iqtidarı tərəfindən aparılan siyasi kursa alternativ yoxdur. Bunun da çox sadə səbəbləri var. Son illər ərzində ölkəmizdə müşahidə olunan inkişaf, əlbəttə ki, insanları inandırır. Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır. Artıq 27 ilə yaxındır ki, biz sabitlik şəraitində yaşayırıq, görün, bizim ətrafımızda hansı proseslər baş vermişdir - müharibələr, qaçqınların axını, çevrilişlər, vətəndaş qarşıdurması, böhranlar. Ölkələr parçalandı, demək olar ki, bəzi ölkələrin coğrafi sərhədləri real vəziyyəti əks etdirmir, yəni, bu ölkələr, sadəcə olaraq, xəritələrdə öz suverenliyini və ərazi bütövlüyünü saxlayırlar. Əslində, çoxdan itiriblər, çoxdan bölünüblər tayfalara, təriqətlərə, müxtəlif bölgələrə. Bizim qonşuluğumuzda nə qədər acınacaqlı proseslər, inqilablar gedib. Hansı inqilab kimə xeyir gətirib? Ancaq ziyan, ancaq problemlər, ancaq qarşıdurma və bu qarşıdurmalar davam edir. İndi postsovet məkanına və Azərbaycanın vəziyyətinə baxın. Mən indi müqayisə edə bilmərəm, amma siz edə bilərsiniz. Deputatlar Prezidentin deyə bilmədiyi sözü deməlidir və əminəm ki, belə də olacaq.

Ona görə bu seçkilərin nəticələri görülmüş işlərin təzahürüdür. Çünki bu gün həm təhlükəsizlik, həm də sabitlik təmin edilir. Azərbaycan öz hərbi potensialını gücləndirib. 2016-2018-ci illərdə bizim hərbi qələbələrimiz hər bir Azərbaycan vətəndaşını fərəhləndirdi və bizim ordumuzun gücünü göstərdi. Təsadüfi deyil ki, bizim ordumuz dünyanın 50 ən güclü ordusu sırasındadır. Bizim beynəlxalq mövqelərimiz kifayət qədər möhkəmdir. Qoşulmama Hərəkatına üzv olmuşuq, ondan yeddi il keçmədi sədr seçildik, özü də 120 ölkənin dəstəyi ilə. Bilirsiniz ki, o ölkələr arasında ixtilaflar kifayət qədər kəskindir. İnanmıram ki, ikinci belə bir ölkə tapılsın ki, yekdil səslə bu təşkilata sədrlik etsin. BMT-dən sonra bu, ən böyük beynəlxalq təsisatdır. BMT-nin rəhbəri yoxdur, amma Qoşulmama Hərəkatının lideri var, bu da Azərbaycandır.

Biz keçən il Türk Şurasına sədrliyi öz üzərimizə götürmüşük və deyə bilərəm ki, türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində Azərbaycan çox önəmli rol oynayır. Bütün digər beynəlxalq təmaslarda biz Avropa İttifaqı ilə indi saziş üzərində işləyirik, Avropa İttifaqına üzv doqquz ölkə ilə strateji tərəfdaşlıq sənədlərimiz vardır. Bu da Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsidir. Qonşu ölkələrlə sağlam, işgüzar və dostluq əsasında qurulmuş münasibətlər var. Müsəlman aləmində böyük nüfuzumuz var. Budur, bizim beynəlxalq mövqelərimiz. Ona görə bizə hörmət edirlər, ona görə bizim sözümüz keçir və eyni zamanda, ona görə ki, bizim siyasətimiz birmənalıdır. Bizim siyasətimiz situativ deyil. Bizim siyasətimiz ədalətlidir və sözümüzlə əməlimiz arasında fərq yoxdur. Mən öz sözümü bütün auditoriyalarda deyirəm. Mənim üçün bir mövzu Azərbaycanda, bir mövzu xaricdə anlayışı yoxdur. Hər bir məsələ ilə bağlı mövqe var, mövqe olmalıdır və mən bu mövqeni müdafiə edirəm. Kimin xoşuna gəlir, gəlir, kimin xoşuna gəlmir, özü bilər. Bizi istəməyə bilərlər məhz bu hərəkətlərimizə görə, bu müstəqil siyasətimizə görə. Amma bizə hörmət edirlər. Bunu da mən dəfələrlə görmüşəm. Ona görə deputatlar da beynəlxalq təşkilatlarda elə fəaliyyət göstərməlidirlər ki, daim hörmət göstərilsin.”

Bu çıxış vətəndaşın rahat daxili vəziyyəti, dövlətinə inanması üçün tələb olunan etibarlı fakt və məntiq göstəricilərinə dayaqlanan bir mövqe idi. İlham Əliyev xalq nümayəndələrinə göstərdi ki, koronavirusun beynəlxalq zəhmi, neft ətrafındakı qeyri-müəyyənlikdən irəli gələn qiymət zəlzələsi, sürəkli avtoşoklar uğurlu liderdən, öz siyasi-iqtisadi kursunu xalqa xidmətçilik etmək kimi missiyaya həsr edən dövlət başçısından ötrü qorxulu deyil. Çıxış bir neçə cəhətdən xüsusi idi. Yeni Məclis üzvlərinin haqqı var ki, ona özünün bir konsepsiya, fəaliyyət proqramı kimi yanaşsınlar. Çünki burada ən vacib istiqamətlər üzrə müddəalar var. Və bu müddəlar müstəqil dövləti və eyni zamanda müsəqil vətəndaşı qorumağın sadə resepti idi. Müstəqillik isə mövqedən başlanır. Sən dəqiq bilməlisən ki, nə istəyirsən. kimin tərəfindəsən. Sənə yaşamaq, qidalanmaq, mövcud olmaq, dünyada ali insan mərtəbəsində qəbul olunmaq imkanı verən dövlətə açıq, hər bir sual yeri qoymadan qulluq, xidmətçilik etməkdən utanmırsan ki..?

Bu səbəbdən də Prezident burada hər bir deputatdan, ümumiyyətlə isə hər bir kəsdən öz mövqeyini açıq nümayiş etdirməyi tələb edirdi. Yeni parlament boşboğaz, liberal, guya heç kimin tərəfini tutmayan, amma dolayısı ilə sərgilədiyi biganəliklə dövlətin düşmənlərilə kollegalıq edən riyakarlardan, dişsizlərdən, hamının dostu və ya hamının yanında yaxşı olmaq istəyən ən pislərdən ibarət olmamalıdır. Prezident dövlət müstəqilliyinin bu mərhələsindəki parlament qarşısında həm də ümummilli ideologiyanı təqdim edirdi. Bu eyni zamanda Milli Məclis üzvlərindən dövlətin gözləntilərinin də mündərəcatı idi. Yəni burada mürəkkəb nəsə yoxdur. Ötən parlamentlər nəyi etməmişdirsə və ya tam həcmdə etməmişdirsə yeni parlament ilk növbədə onu etməlidir. Yeni deputatlar da, keçmişi ilə vidalaşmaq şərti ilə qarşı-qarşıya qalan, bir növ vicdan amnistiyasına dəvət edilmiş bir qrup köhnələr də. Prezident özünəməxsus sətiraltılıqla hər şeyi hər kəsə başa saldı. Heç nə köhnə vaxtda, əvvəlki qaydada olduğu kimi olmayacaq. Qloballaşma dövründə özünü, öz müstəqilliyini. əlahiddəliyini qoruyub saxlamağın zəruri olduğu yeni dövrdə yeni çağırışlar parlamentdən birmənalılıq, öz səngərini, öz masasını, öz kreslosunu qəti müəyyənləşdirməyi tələb edir. Bəzən biz təhlilçilər ayr-ayrı halları, dövlət başçısının qərar və sərəncamlarını, etdiyi açılışları ayrıca araşdırır, ona dövlət müstəqilliyinin qorunması tək böyük hədəf prizmasından, miqyasdan baxmağı unuduruq. Amma aparılan islahatların, kadr dəyişikliklərinin, görülən irili-xırdalı bütün işlərin məqsədi məhz dövlət müstəqilliyidir. Və məclis qarşısındakı çıxışdan da əslində növbəti mərhələnin anonsu üçün istifadə edildi. Dövlət başçısı Azərbaycanın sosial dövlət olduğunu deyir və bu məqsədlə atdığı addımlarla, aparılan islahahatlarla da bu sözlərin platforma, siyasi mövqe olduğunu sübut edir. Ona görə də Parlamentdəki çıxış ilk növbədə sadə camaatın, az təminatlı təbəqənin maraqlarını əhatə edirdi. Prezident xırda harun – harın ər rəşidlərin xan və xaniman iştahının boğazını tapdaladı. Düzdür, Prezident ötən Məclisi bütün fəaliyyət üzrə tənqid etmədi. Əksinə, təşəkkürünü bildirdi, amma icazə verin, bu jesti mən həm də Dövlət başçısının alicənablığı, sadəcə gedənin ardınca danışmaq istəməməsi ilə izah edim. Bu həm də yeni parlamentə düşən bir böyük qrupun da beynindəki “öz yerimi qorudum!” anlayışının səhv olduğuna işarə idi. Çünki, köhnələrin içində kifayət qədər qorunmağa ehtiyacı olmayan yerlər də var və Prezident şübhəsiz ki, onlardan köhnə yerini qorumağı yox, yeni yerdə yeni məzmun gözləyir. Əliyev deputatlara irad bildirəndə ilk növbədə onları nəzərdə tuturdu.

Və. Və. Və. Mütləq qeyd edilməli bir nüans. Əliyev çox mətləbin və davranış, idarəetmə mexanizminin, o cümlədən Prezident Adminstrasiyasının yenilənməsini xatırlamaqla, XATIRLATMAQLA! Milli Məclisin standartlarının yenilənməsi zərurətini önə çəkdi. Bir halda ki. İqtisadiyyat Nazirliyi kölgə iqtisadiyyatının “kölgədə mən gündə sən!” bayatısını köhnə sayır və onun fəsadlarından dövlət büdcəsini təmizləyir, deməli Parlamentdən də kölgələri götürmək lazımdır. Yoxsa bədbəxt olarsan.

Bax elə buna görə də köhnə və yeni məmur tipləri bir-birinin fonunda özünü orijinalda təqdim etdi. Biz isə orijinalın nə qədər həqiqi, nə qədər saxta olduğunu aydınlaşdırmalı olacağıq. Deputatlar Azərbaycanı daxildə də, xaricdə də açıq müdafiə etməli, gerçək milli təmsilçiliyin obrazlarına çevrilməlidir. Prezidentin acı bir istehzayla “Turist səfərləri” adlandırdığı kababdirovkalar Millət vəkillərinin bir böyük qrupunun ezamiyyə vərəqəsinin oxunmayan üzünün sərrast ifadəsi idi. Heç kimə sirr deyil ki, deputatlar arasında toxunulmazlıq immunitetindən istifadə edərək biznes strukturlarına dəstəkdən, krışadan, qulpdan, zaddan olanlar var idi və onlar qanunverici orqanın üstünlüklərini məharətlə varidata çevirməyi bacarıbar. Bu olmayacaq. Daha bu olmayacaq. Prezident Adminstrasiyasında sistem islahatlarının nəticəsi olaraq yeni yaradılmış şöbə məxsusi olaraq Parlamentlə işləyəcək. Prezident Adminstrasiyası ilə siyasi partiyaların görüşləri, onların siyasi kardioqramasını çıxarmaq, kürəylərinə qulaq söykəyib nəfəs dinləmək məqsədi güdür. Siyasi fəallığın küçədən qəbul otaqlarına nəzakətlə dəvət olunma dövrü başlayır. Düzdü bəzi siyasətçilər hələ ki, ictimai qınaqdan çəkinərək bu görüşləri nədənsə daha çox birbaşa coğrafi məkana bağlayır, məsələn deyirlər ki, yox, iqtidarla Prezident Aparatında, Adminstrasiyada yox, yaxınlıqdakı oteldə görüşmüşük filan, amma bunlar artıq təfərrüatdır. Bir az əvvəl dedik ki, Prezidentin Mili Məclisdə çıxışı deputatlar qarşısında olsa da, yalnız onlara ünvanlanmamışdı. Azərbaycan yeni çağırışlara təmiz əl və açıq alınla getmək istəyir. Gənclərin irəli çəkilməsi, yaşlılarla bəzən ağrısız, bəzən ağrılı vidalaşma yeniləmə prosesinin tərkib hissəsidir. Özü də bu dəyişikliklər ictimai-siyasi ruh təzələnməsinin məntiqi nəticəsi olaraq meydana çıxır. Məsələn, gənclərə etimad göstərilir, eyni zamanda Prezident onların üzləşdiyi xarici təhdid və təhlükəli, zərərli meyllləri də vurğulayır. Yad təsirlərin Azərbaycan kimi-----ailə dəyərləri, böyük-kiçik, abır-namus kimi klassik ənənə, əxlaq kodlarına istinad edən dövlətə vura biləcəyi ziyandan xəbərdar edir. İlham Əliyevin Parlamentdəki nitqində həm ikili standartlardan çıxış edən beynəlxalq təsisatlara, həm yerli siyasi qüvvələrə, əsas etibarilə isə xalqa ünvanlanmış mesajlar var idi. Zənnim və ehtimallarım məni aldatmırsa, bu parlamentdən sonrakı məclisə seçkilərdə ola bilər ki, artıq praporsional və majoritar qaydaların tətbiqi mümkün olsun. Hər halda bu mənim ehtimalımdır. Müxalifət partiyasından, Vətəndaş Həmrəyliyi partiyasından Fəzail İbrahimlinin parlamentin vitse-spikeri postuna seçilməsi bu baxımdan maraqlı anonsdur. Həm də elə Prezident özü də çıxışında qeyd etdi ki,

“Keçən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Ancaq mən hesab edirəm ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var.

Bu, Prezidentdən sitat idi. Deməli, ölkə partiyalarının həyatını maraqlı edə biləcək perspektiv haqqında düşünmək olar. Bir az əvvəl dedim ki, dövlət başçısı şəxsən mənim, “kimin tərəfində olduğunu müəyyənləşdir!” çağırışı tək anladığım mesajlar verdi. Hətta bəzi məqamlarda tam aşkar! Bir az detallı danışım. Nə baş verir? Tutaq ki, Prezident hansısa çıxışında Azərbaycanda Hərbi çevriliş yoluyla iqtidara gələn, sonradan dövlət qəzası vəziyyəti yaradan təhlükəli siyasi residivistləri, hakimiyyətə küçə qaydaları gətirmiş güruhu ifşa edir. Onların əməlləri barədə danışır. Bunun ardınca nə baş verməlidir. Ən azı tarix instiutunun əməkdaşları, 90-cı illərin həmin dövrünü yaşayan, şahid olan insanlar, jurnalistlər, müəlimlər, nə bilim həkimlıər, hakimlər, ağsaqqallar, ağbirçəklər çıxmalıdır ortaya. Tələbələrlə, şagirdlərlə görüşlər keçirməli, efirə çıxmalı, bəyanatlar verməli, bir sözlə auditoriyanın tarixi biliklərini artırmalıdır. Bəs nə nə baş verir? Tutaq ki. Prezident çıxış edir, və... və onun çıxışından müəyyən fikirlər sitat gətirilir. Vəssəlam. Prezidentin çıxışının ayrı-ayrı fraqmentlərinin yayılması ilə iş bitir. Bu çıxışın ünvanları, hədəflər isə dərhal,,,, özlərini müdafiə etmək üçün ən tərbiyəsiz, əxlaqsız, naqis əməllərə əl atır. Prezidentin çıxışı sosial şəbəkələrdə ən iyrənc şəkildə müzakirə edilir. Təhqir, söyüş, böhtan başlayır!!! Və bütün bunlar baş verir... şahidlərin quzu susqunluğunuin müşayiətilə. Axı niyə? Niyə onların qarşısına, marginallaşmış siyasi kələkbazların, fərqi yoxdu bu şarlatan Əlidi, Pirvəlidi, Arifdi, Zayifdi, Osmanqızıdı, hindqozudu, Gültəkindi, Ziltəkindi, daha kimdi...onların qarşısına canlı tarix, Sabir Rüstəmxanlı çıxmasın. Özü də adla, soyadla çağırmasın hər zamanın rəngini alan buqələmunları. Prezident tarixə ustalıqla qayıdır. O geriyə qayıtmağı ümumiyyətlə əla bacarır. Məsələn, Bakı Dövlət Universitetində çıxışını bitirib zalı tərk etməyə hazırlaşır, qapıya doğru gedir və qayıdır keçmiş və təzə rektorun əlini sıxır. Ya da milli Məclisdəki iştirakını bitirib zalda çıxanda qəflətən geri qayıdır, keçmiş sədr Oqtay Əsədovun əlini sıxır. Bu jest elə tarixə münasibətdir. Dövlət başçısı tarixə əli ilə toxunur. Və onun Milli Məclisdəki çıxışı həm də bu nöqtələrə xüsusi yanaşmağa ruhlandırır. Qaragüruh siyasi şarlatanlıqla məşğuldur. Yunus, Əli Kərimli, Cəmil, Qubad İbadoğlu, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu... Osmanqızının ləçəyi əlində Yallı gedir. Getsin də. Lap yalsız getsin. Özü bilər. Amma axı onların keçmişinə yalnız mən şahid deyiləm. Hanı qalanlar? Özü də mən qətiyyən o fikirdə deyiləm ki, adlarını çəkməyək reklam olacaq. Tanıyacaqlar. Qoy tanısınlar da. Biz neçə vaxtdır ki. koronavirusdan danışırıq. Onun necə göründüyünü insanlara çatdırmaqdan ötrü day hansı qrafik hoqqalara əl atmırıq, İmkanımız olsa fotorobotunu çıxarıb hər yerə yapışdırarıq. Bütün bunları koronavirusun tanınması, insanların ondan qorunması üçün etmirik? Bəs qaragüruhun təhlükəsi azdır? Axı onları tanımayanlar, daha doğrusu onları bəsit, təkhüceyrəli, populist çıxışlarından tanıyan məsum cavanlar, yeniyetmələr gerçək həqiqətləri bilməsinlər? Bunu kim etməlidir? Kim tanıtmalıdır onları yeni nəsilə?

Çingiz Abdullayev. Anar. Fərhad Xəlilov. Fərhad Bədəlbəyli. Eldar Quliyev. Rasim Balayev. Və sair. Və sair. Özü də burada ağır iş də yoxdu axı. Məgər daş daşıyacaqlar, kərpic hörəcəklər? Mikrofonyu qoşacağıq, kameranı qoyacağıq, ya Allah. Məlumatsız gəncliyə onların ümumi məzmunda çıxıb damaqları kimi dişsiz, növbətçi mülahizələr irəli sürməyi yox, faktlar, dəlillər, ibtidai icma təfəkkürlü qəbilə liderlərinin arqumentli ifşası lazımdır. Özü də onlar gözləməməlidir ki, Əhməd, Məmməd zəng edəcək və onlar da bir bəhanəylə qaçıb aradan çıxacaq. Əksinə. Özü, özləri, təşəbbüs göstərməli, zəng vurmalıdırlar tutaq ki, mənə.

Məsələn Xuraman Qasımova, Fidan Qasımova zəng vurub deməlidir ki, gəlin çəkin mən bu qara qura güruhun 90-cı illərdəki əməlləri barədə açıqlama vermək istəyirəm. Heç kimdən sifariş, işarə, əmr gözləmədən... Məsələn, İradə Tuncay və ya Afaq Məsud çıxmalıdır meydana. Aktyor, Xalq artisti Ramiz Məlik Osmanqızına niyə kompliment yolladığını açıq deməlidir, dövlət də bilməlidir ki, onun Xalq artisti İblisin Vasifi niyə İblisə sığınır. Kimlədir, kimin yanındadır bu artist? Nə vaxt danışacaq hörmətli ziyalılarımız, şairlərimiz, jurnalistlərimiz? Fotoqraflarımız. Operatorlarımız. Necə yəni onları reklam etmək lazım deyil. Bəs onda bu yazıq yeniyetmə hardan bilsin ki, qarşısında qəhrəman obrazında dayanan ruhi xəstələşmiş yerli Napolenlardır, yaxud Napolenlaşmış ruhi xəstələr.... siyasi dələduzdur, şarlatandır.. Yalançıdır. İnsanların qəlbilə alver edən möhtəkirdir. İlham Əliyevin Azərbaycanı Qoşulmama hərəkatının Lideri, Cənub Qaz dəhlizinin istinadıdır. Avropanın enerji təhlükəsizliyinin əsas qarantlarından biridir. İlham Əliyevin nümayiş etdirdiyi dünyagörüşü, siyasi bilik və bacarıq nümayiş etdirir ki, o Azərbaycanın ilk onluğunda bütün on yeri tutur. Sonrakı on yerin də sahibi və ya sahibəsi var və onların sırasında, yaxud nəinki onların, heç sonrakı 30-ların sırasında da qaragüruhdan kimsə yoxdur. Prezident Milli Məclisdə dedi ki, dövətin yeni siyasi konfiqurasiyası yaranır. Bu bilirsiniz nədir. Bu o deməkdir ki, qaragüruhun peşə klimaksı yaşayan Osmanqızı və Cəmil Həsənli kimi bığ buraxıb yaşlı görünmək istəyən, ikinci uşaqlıq dövrünü yaşayan Kərimliləri parlament seçkilərində iştirak etməməklə özlərini bu dizayndan da kənarda qoyublar. Ay qaragüruhun qabaqda gedən Əli Cəmilliləri!

Prezident doğru demir? Biz 50 il sonra hansı dövlətdə yaşamaq istədiyimizi bilməməliyik? Ən azı balalarımızı etibar etməli olduğumuz dövlətin gələcəyini düşünməməliyik? Bu gün Məmməd Əmin Rəsulzadənin portretinin altına sığınaraq ona mədhiyyə deyənlərin mütləq əksəriyyəti bunu ancaq ona görə edir ki, Heydər Əliyevi Ulu öndər, İlham Əliyevi milli lider kimi etiraf etməsin. Əslində içlərində çoxdan qəbul ediblər e. Dilə gətirməyə ruhları, ürəkləri çatmır. Əliyevlərin xidmətlərinə gözünü yumub baxanlar Məmməd Əmin Rəsulzadənin xidmətlərinə gözlərini bərəldib baxırlar. Bənzətmə mənim deyil. 29 ildir ki, elan edilmiş dövlət müstəqilliyini xalqın dəstəyilə qoruyub saxlamağı bacaran Əliyevlərə ümumxalq təqdiri niyə onlara əsirgənməlidir. Yaxşı tutaq ki, qaragüruhun təhqirlərindən qorxurlar, bəs normal bir xəritə tapıb əsasında mətbuat konfransı keçirib Prezidentin sözünə qüvvətlə materialları ingiliscəyə, ruscaya, fransızcaya çevirib paylaşmırlar? Qarabağın, İrəvanın məxsusluğunu şübhələndirən cahillərlə bir ağızdan İlham Əliyevin müstəqillik platformasına uzadılmış sait səslər ünvanlayırlar? Əliyev millət vəkillərinə daha necə müraciət etməlidir ki, “Prezidentin deyə bilmədiyi sözü deputatlar desin!” İlham Əliyev Milli Məclisdə Azərbaycan dövlətinin 4-cü sənaye inqilabı üçün siyasi-mənəvi konsepsiyasını elan etdi. Bu platformanın bəzi hissələrini Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş tədbirdə eşitmişdik. O zaman Dövlət başçısı Azərbaycan Xalq Cümhuriyyəti qurucularının yadigarı qarşısında, görünür həm də bir varislik missiyası ilə vətəndaş və dövlət müstəqilliklərinin fərqindən bəhs etmişdi. Milli mənəvi dəyərlərin qorunması, böyük-kiçiklik, abır-həya kimi anlayışların qorunması zərurətindən danışmışdı. Bu dəfə də mətləb və məntiq eynidir. Yenə də Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Məclis. Yenə də Prezident Dövlətçilik Tövsiyyələri adlandırılmağa layiq tezislərini təqdim edirdi. Mən keçən dəfə tarixi şəxsiyyətlərin missiyaları barədə danışmış, Birinci Pyotrun tarixdəki rolunu vurğulamışdım. Yəqin yaşıdlarımın yadında olar. Pyotrun bir şəkli var idi e. Bir rəsmdə, addımlarını iri-iri atdığına görə onun əmr və göstərişlərini yazan mirzələrin az qala yüyürdüyünü göstərmək istəmişdi rəssam. İkinci şəkildə isə Pyotr səhv etmirəmsə, gəmidə dayanıb irəlini göstərirdi. O rəsm əsərinin altına isə yazılmışdı. Pyotr Avropaya pəncərə açır. Anlamaq qaragüruh korazehinlərinin qafası üçün olmasa da bu gün Azərbaycanın Avropaya açdığı pəncərə məndən ötrü eynilə o pəncərə boydadı. İlham Əliyevin də rolu Birinci Pyotrunkundan az deyil. Amma Avropadan gələn hər növ yeniliyə pəncərə açmaq da düz olmazdı. Bu barədə bir az sonra. Feminizm və feministlərin küçə əxlaqına verdiyi töhfələrdən danışanda danışaram. Bir az gözləyin. İndi isə Avropanın özünə gələn və Avropadan da bizim tərəflərə adlayan koronavirus təhdidi və ondan müdafiə tədbirləri haqqında.

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın bu bəlayla apardığı mübarizəni bəyənir və bu təhlükəyə göstərdiyi savadlı, mütəşəkkil müqaviməti ən yaxşı nümunələr sırasında qeyd edir. Bir neçə gün əvvəl Qərargah xüsusi məlumatla çıxış etdi. Artıq 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirləri həyata keçirilir:

Bu müddəanın sadə dilə tərcüməsi belədir ki, gedib dükanlardan bütün un və taxıl ehtiyatlarını almayaq, 100 min ədəd şam, 20 min baş sarımsaq, nə bilim iki ton meyvə qurusu, 250 kilo buzlaşdırılmış balıq, 50 cüt. 100 cüt 68-ölçlülü ayaqqabı, bir çörək yerinə 15 çörək almayaq. Çürüdüb, xarab edib itə yem etməyək. Narahat olmayaq. Əvvəla, ərzaqla heç bir problem yoxdur. İkincisi də, toylar da yoxdur, şadlıq zalları bağlanıb. Deməli ərzaqın, xüsusilə ət-yağ kimi məhsulların əsas alıcıları da ortadan çıxıb. 10 illik qiyamət tədaürkü görməyək. Nuh Babamızın gəmisinə morvağzalda, morq vağzalda bilet axtarmayaq. Dünyanın axırı barədə faks gəlməyib. Bir az özümüzü düşük kimi aparmayaq. Ayıbdı… e. Dövlət həmişə yanımızda olub. Yenə də yanımızdadır. Biz də onun yanında olaq. Bir-birimizə kömək edək. Yaşlıya, imkansıza. Bəs ildə Ramazan təlimi keçirdik? Nə oldu? Bu çətinlikdən elə çıxaq ki, sabah fərd olaraq bir-birimizin, xalq olaraq isə dövlətimizin gözünün içinə dik baxa bilək. Olan qalan manatımızı aparıb dollara çevirməyək. Mən o fikirlə də razı deyiləm ki, bu saat hamını sakitləşdirmək üçün “Narahat olmayın dollarımız çoxdu, hamıya çatar və s. deyək. Tələsməyin gedin rahat dollar alın. Darıxmayın. Səbr edin, hamınıza dollar çatacaq. Bu belədir əlbəttə. Amma bu lazımdırmı? Axı niyə dəyişməlisiz ki? Bir az sonra onu yenidən manata dəyişib dükana getməyəcəyik? Nə qırdı-qaçdılıqdı bu? Qaçqın olmaqdan yorulmadıq?

Mərkəzi Bankın sədri Elman Rüstəmovla söhbət etmişik. Söhbətin bir hissəsinə həftə boyu və dəfələrlə baxmısınız. Müsahibənin tam versiyasına isə bir az sonra baxacaqsız. İndi Vüsal Qasımlıyla söhbətimizi təqdim edəcəm. İqtisadi İslahatların və Kommunikasiya Mərkəzinin icraçı direktoru ilə. Biz manatın sabitliyinin əsaslarından, səbəblərindən danışmışıq. Qulaq asın. Görəcəksiniz ki, manatı qoyub qaçmağa ehtiyac yoxdur. Və neftin ucuzlaşması Azərbaycana heç bir fəlakət filan vəd etmir.

İndi isə Mərkəzi Bankın sədri Elman Rüstəmovla müsahibəyə baxmağa hazırlaşın. Amma müsahibədən əvvəl bəzi məsələlərə toxunum. Prezidentin çıxışlarında bir qayda olaraq milli dəyərlər, mənəvi-əxlaqi keyfiyyətlər, xüsusilə son bir neçə ildə müntəzəm olaraq qabardılır. Nədən edilir bu? Ona görə ki, Azərbaycana qarşı müxtəlif oyun quran qüvvələr xalqımızın ailə dəyərləri üzərində bərqərar olmuş qaydalara, bu zəmində təşəkkül tapan ümumyaşayış prinsiplərinə dayaqlandığını əla bilirlər. Ona görə də o prinsipilərin üzərinə gedir, kökdən qazımağa çalışırlar. Koronavirus bütün dünyanın başının üstünü alıb. Fransa, Almaniya, Britaniya kimi dövlətlər həyəcan içindədir. İtaliya şokdadı. Amerika Birləşmiş Ştatlarında fövqəladə vəziyyətdir. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın vəziyyətini, burda görülən qabaqlayıcı tədbirləri ən yaxşılardan biri kimi qiymətləndirir, Nazirlər Kabineti yanında Xüsusi Qərargah fövqəladə vəziyyət ştabı kimi işləyir. Çevik və operativ. Bu gün Azərbaycanın bir problemi də cəhalətin, cahillərin daha fəal olduğu sosşəbəkədir. Prezidenin mükəmməl Sosial Dövlət ideyasına qaragüruh cahil sosial şəbəkə diversiyası ilə çıxır. Dövlət qalıb bir tərəfdə hansısa dılğır sosşəbəkə canlısının provakativ məlumatlarına inanırıq. Elə ona görə də banklarda növbə yaranır. Ona görə də süni qıtlğıa aparan addımlara rəvac verilir. Dəhşətlisi neftin qiymətinin düşməsi deyil, milli dəyərlərimizin düşməsidir. Ona görə də xahiş edirəm Elman müəllimi həm də bu kontekstdə dinləyək.

Hörmətli tamaşaçıllar! Hakimiyyət, idarə üsulu. Menecment tam dəyişib. Dəyişməyəni deyəsən tapmışam axı. Bu bizik. Bizim, yəni xalqın iqtidara, hakimiyyətə münasibəti dəyişməlidir. Dövləti qorumaq kimi borcumuz var və bu heç də yalnız cəbhədə əsgərin üzərinə düşmür.

Gün siyasətdə 5-ci kolonun kim olduğunu bilirik, ya da əsasən bilirik və ya ən azı təxminən bilirik. Siyasətin beşinci kolonu ilə yanaşı, paralel addımlayan bir beşinci kolon da var. O kölgə iqtisadiyyatıdır. Azərbaycanın bütün uğurlarına Osmanqızının küçə hırıltısı, Kərimlinin hamam zarıltısı fonunda şərh verən Qubad İbadoğlunun peşəkarlıq səviyyəsini mütəxəssislər 0-a aşağıdan yaxın adlandırırlar və onun çıxışları da ancaq savadsız, məlumatsız kontingent üçündür. Adam yolunu, daha doğrusu yolsuzluğunu, çəmini əla tapıb. Rəqəmlər tapır, kombinə edir, quraşdırır. Anında yoxlamaq imkanı isə tamaşaçıda o anda yoxdur. Quraşdırılmış rəqəmlər, düsturlar səsləndirir. Regionun Ermənistan kimi autsayder dövlətini lider obrazına soxur, Azərbaycanı isə aşağılayır. Ona dəm tutan Osmanqızı isə zurnada əla ifa edir. 26 ildir ki, müxalifətdə oturmuş, öz üstünə oturmuş marginallar bir baxın koronavirusa, neft qiymətlərinin enməsinə necə sevinirlər? Hər şey dağılacaq! Urra! Neft batdı! Eşq olsun! Azərbaycana koronavirus gəldi! Allah şəfa verməsin! Və sair, və sair, və sair... Gültəkin Hacıbəyli kimilərin üstündə və altında düz bağırsaqdan başqa düz adına heç nə yoxdu.

Təsəvvür edin: bütün dünya koronavirusla mübarizə aparır. Bütün siyasi əksliklər, ziddiyyətlər ən qatı düşərgələrdə belə dondurulub, hamı qlobal təhlükə altında birləşir, bu siyasət cariyəsi, marginal kəniz öz qarımış perspektivini sırımağa məsum yeniyetmələrdə boş beyin və ya boş bel axtarır. Anam bacım qız gəlin. Amma əli ayağı düz yox. barədə əlbəttə danışacağıq. Az sonra. Mən istəyirəm ki, bir az dərinə varaq. Bu gün Azərbaycanın düşmənləri, onun güclü rəqib kimi sıradan çıxmasını məqsəd qoyanlar ilk növbədə milli dəyərləri, azərbaycanlı vahidini dağıtmaq planına uyğun işləyirlər. Təsəvvür edin. Kimlər şantaj hədəfidir: Prezident, Ali baş komandan. Birinci-vitse-prezident. Dini lider. Silahlü qüvvələrin rəhbərləri. Əsasən də Müdafiə naziri. Prezidenti, Birinci-vitse-prezidenti hədəfə alanlar əslində böyük mənada ailə institunu vururlar. Özü də nə vaxt? Bütün dünyada idarəetmə formalarında böhran yaşanan bir zamanda. İlham Əliyev nə deyir? İlham Əliyev deyir ki. ailəni qoruyun. Böyük-kiçik yeri bilin. Əxlaqlı olun. Tərbiyəli olun. Birinci vitse-prezidentin də bütün çıxışları Azərbaycanı böyük bir ailə kimi qorumaq zərurətinin təbliğinə yönəlib. Ailə, ana və ata missiyası. Övlad borcu. Dövlət borcu. Əsas postlatlar bunlardır.

Bəs Azərbaycanın müstəqilliyinin üzərinə gedənlər. onu rəqabət bazarından çıxarmaq, ölkədə qarışıqlıq salmaq, bununla da vəziyyəti çaxnaşmalar vasitəsilə idarə etmək istəyənlər nə edir?

Prezidenti, Birinci vitse prezidenti, Bütün Qafqazın Şeyxini, o şəxsləri hədəfə alırlar ki, məhz onlar mənəvi dəyərlərin mərkəzi fiqurlarıdır. Prezident, Ali Baş komandan güclü lider, heç kimin qarşısında müstəqüil dövlət məqsədindən geri çəkilməyəcəyini dəfələrlə bəyan edən və bunu real əməldə edən, Azərbaycanın regionun aparıcı dövləti olmaq, Davos standartlarını bərqərar etmək kimi çətin vəzifələrin öhdəsində məharətlə gələn güclü şəxsiyyət. Birinci vitse-prezident qadın obrazının mükəmməl ifadəsi tək göz qabağında olan, şəhid ailəsinə öz dərdi kimi yanan, qazilərə, hətta dövlətin qatı opponentlərinə belə mərhəmət göstərən, Azərbaycandakı bütün mütərəqqi başlanğıclarda var gücü ilə iştirak edən-bir sözlə Ata Dövlət tərkibinin Ana Vətən kimi davamı. Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə. Dini lider. Güclü dini lider. Prezident ilham Əliyevin təbitincə desək dünyanın ən nüfuzlu din xadimlərindən biri. Şeyx nəyə çağırır? Milli dəyərlərə, əxlaqa, dövlətin qorunmasının bir vətəndaş üçün əsas vəzifə olmasına, multikultural dəyərlərin qorunması və işləməsi üçün birlikdə olmağa. Onun üzərinə gedənlər isə Şeyxə milli mənəvi dəyərlərin simvolu olduğu üçün hücum edirlər. Hətta onu da unudurlar ki, Şeyx Bütün Qafqazın dini lideridir. Yanlarında bir çeçen, bir kabardin rəqs edəndə qorxudan uzundərə çaldırıb astaca meydanı tərk et əbləh rəqqasla hətta hansı Şimali Qafqaz qazanı qaynatdıqları barədə belə düşnmürlər. Axı Qafqazın dini liderləri Prezidenti özlərinə böyük qardaş, Şeyxi pişnamaz sayır. Diribaş olmaq üçün, adamda bir az dirilik, bir az da baş lazımdır.

Mən bir qrup qadının Bakıda yürüş keçirmələrini də incə məxluqdan incə siyasət kimi istifadə edənlərin əl işi kimi qiymətləndirirəm. Ortada əcayib məntiq var. Qadın şiddətə qarşı küçədə niyə etiraz etsin ki? Əri döyübsə, polisə versin də ərini. Day polisin üzərinə ərini niyə versin ki? Maraqlıdır. Artıq neçənci dəfədir deyirəm və yazıram. Osmanqızı, Orduxan ağzıgöyçəklərin hərəkətlərinin üzərinə getməyə ürək etməyənlər feminist mövzuda necə fəallaşdılar? Polisə yaraşıqlı oğlan götürməyi tövsiyə edən kim, altdan-altdan iqtidarı aşağlayan kim... Bədbəxt Cümşüd Nuriyevin bir küçə qadınları sözünə Qarabağda vuruşduğunu iddia edən qadınlar az qala tank=topla cavab vermişdilər. Bəs ürəyinin adını plakata yazıb onu kimə istəsə verəcəyini hayqıran qadınlara nə əcəb cavab vermədi: Axı burda bütün qadınlar təhqir olunurdu. Qarabağı alan da, Qarabağı verən də. Alan da, verən də. Başa düşürəm, abırlı qadınlar susur. Amma bu susqunluq da elə ürəyimi kimə istəsəm verərəm deyib şəklini başı üzərinə qaldıranlara dəstəkdir. Ona görə də mən bu feminist - filan söhbəti deyil. Növbəti təlim-məşq toplantısıdır. Cəmiyyəti kütləvi tədbirlərə hazırlayırlar!" deyən təhlilçilərin versiyasını bölüşürəm. Çünki qanun hamı üçündür. Razılaşdırılmamış aksiya keçirilməməlidir. Qadağandır. Uşağa da, böyüyə də, qadına da! Qadın sürücülər üçün xüsusi qırmızı, ya da yaşıl işıq qırmızı olmur. Bir kadr var. Çox istərdim ki, ona baxaq. Yəqin baxmısınız. Amma bir də baxaq. Qadının adını bilmirəm. Amma deyilənə görə siyasətlə məşğul olur və şiddətə yox deyir. Etiraz hədəfi də polis əməkdaşıdır. Görün kimdə şiddət var?!

Azərbaycan feministlərinin mahiyyətini isə ən yaxşı Aqşin Yenisey açıb, verib. “Azadlıq deyib millətin oğlanlarını sosial şəbəkə tüfeyliliyinə, qız-gəlinini də küçə fahişəliyinə sürükləməsək, daha yaxşı olar. Təyyarələrdə xəstə ata-ana, arvad-uşaq daşıyan cəmiyyətə azad avaralar yox, məsuliyyətli, savadlı məmurlar, həkimlər, müəllimlər lazımdır”. Feminizm Roza Lüksemburqda, Emili Devisonda necə fəlsəfi, ictimai və poetik idi. Gəldi düşdü Fatmanisənin əlinə, oldu “yeri get, ala, nə gündəsən””.

Mən Aqşinlə tam razıyam: Qadınların abırdan, ismətdən azad olma azadlığı olmamalıdır!” Biz qızlarımızı böyüdüb küçəyə yox, xoşbəxtliyə göndərməliyik!” Bu günkü Azərbaycan feminizmi ilin günün bu vaxtı yeni Əkrəm Əylisliçilikdi. Daş yuxularçılıqdı. Bir daha sizi Prezidentin Bakı Dövlət Universitetinin 100 illik yubileyindəki çıxışına qaytarıram. Avropada kişi və qadına fərq qoyullmur. Prezident bu sözləri deyəndə eyni cinslilərin nikahı kimi, milli dəyərlərimizə kökündən zidd olan əməlləri nəzərdə tuturdu. Gənclərin pis yoldan çəkindirilməsinə Milli Məclisdəki çağırışında da bu ton var idi.

Azərbaycan müsəlman ölkəsidir. Amma burada bütün başqa dinlərə məxsus olanlar da yaşayır, özü də rahat yaşayır. Azərbaycandan Suriya yaratmaq istəyənlər indi həm də qadınları irəli buraxırlar. Qadınlıq xüsusi imtiyaz deyil. Vətəndaş kimi o da dövlətin qanunlarına tabedir. Qadın həbsxanalarını dekorasiya üçün inşa etməmişik ki. Mükafatı da, cəzanı da verən dövlət var. Vətənə ana deyirik. Amma vətən istərsə analar qurban getməlidir. Yoxsa vətən gedəcək.

Prezident Türkiyəni misal çəkdi. Amma bu misal Türkiyənin xilaskar rolu və Avropaya inanaraq özünü qurban vermiş zavallıların taleyi haqda idi.

Natiq Nailəoğlunun Türkiyədə hazırladığı qısa sənədli araşdırmanın adı belədir: “ Arada qalmışlar”

Baxaq və bir anlığa özümüzü, övladlarımızı, yaxınlarımızı arada qalmışların yerinə qoyaq. Sonda isə ayılaq öz dövlətimizi bağrımıza basaq.

Qayıdaq geri. Azərbaycana. Onun sərhədlərinə. Mən dəfələrlə Azərbaycan Müdafiə naziri Zakir Həsənovla ordumuza baş çəkmişəm. Əsgərlərimizin həm fiziki, həm mənəvi hazırlığının nə qədər yüksəlişdə olduğunu görmüşəm. Dünya orduları sırasında tutduğumuz mövqeyə görə qürur duymuşam. Bu günlər Dövlət Sərhəd Xidmətinin Ermənistanla sərhəddə yerləşən döyüş –keşik məntəqələrinə getdim. Burada da fəxr etdim. Şəhid verdiyimiz ərazidə eyni fədakarlıqla xidmət çəkən, həlak olmağa da adi bir təmrin, tapşırıq kimi yanaşan balalarımızı gördüm. Birinin hətta əlini öpdüm. Dövlət Sərhəd Xidmətinin rəşadəti barədə yəqin ki hələ çox danışacağıq. Amma bu qeydim üzərində bir qədər ətraflı dayanmaq istərdim.

Soyuqqanlı olmaq nədən ötrü xüsusidir? Ona görə ki, burada dayanan sərhədçinin, gedim növbəmi çəkim qayıdım, gedim iki saat yatım qayıdım, gedim silahı təhvil verim qayıdım kimi , gedim şəhid olub qayıdım deməsi də cari hərəkətlərdən biridir. Başlıcası budur. Azərbaycan əsgəri harada dayanmasından asılı olmayaraq arxasında vətənin durduğunu bilir. Onu da bilir ki, vətən də onun arxasında dayanıb. Bu gün biz əlbəttə sosial şəbəkələrdən sızan, axan, yağan qeyri-peşəkarlığa məruz qalırıq. Məsələn təsadüfən Lider kanalı hansısa texniki səbəbdən efirdə olmur. Burada çalışan insanların həmkarları isə maraqlanmaq, səbəb soruşmaq əvəzinə bütün iyrənc içlərini bayıra buraxır, sevinclərini Osmanqızılaşdırırlar.

Nə üçün? Hardandır bizdə bu qədər idbarlıq? Daxili eybəcərlik? Niyə axı onun üzərinə gedirik? Səbəbini deym?

Ona görə ki. Lider dövlətin mövqeyini müdafiə edir. Burada çalışanların 5 kürsü üçün gicişən yerləri yoxdur. Liderin üzərinə gedənlər, onun qapanmasını arzulayanlar isə bunu məhz həmin mövqeyə nifrət etdiklərinə görə edirlər. Və bu təkcə Liderlə bağlı deyil. Sosial şəbəkənin ifrat eybəcər fəalları dövləti müdafiə edənlərin hər birinə qarşı belə aksiyalar həyata keçirirlər. Ona görə də bir daha xatırladır, diqqəti sosial şəbəkələrdəki, kütləvi tərbiyəsizliyə yönəldirəm! Lider isə göstərir və danışır! Baxın və dinləyin! Yusif Səmədoğlunun “Qətl günü” romanını oxuyanların yadında olar. Şair başı istəyən şairlər. Gəlin bir-birimizin başını arzulamayaq!

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər