Kolumbiyada təyyarə qəzası, ölənlər var

Kolumbiyada təyyarə qəzası, ölənlər var

Kolumbiyanın mərkəzi hissəsində təyyarə qəzası baş verib.

”Report” xəbər verir ki, bu barədə Tolima departamentinin Mülki Müdafiə üzrə direktoru, mayor Luis Fernando Veles məlumat verib.

“Xilasetmə agentlikləri və polis artıq qəza zonasına gəlib və ilkin məlumata görə, iki nəfər ölüb. Hazırda sağ qalanların olub olmadığını öyrənməyə çalışırıq”, - L.Veles bildirib.

Qeyd olunub ki, artıq qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır. Qəzaya uğrayan təyyarənin uçuş marşrutu da müəyyənləşdirilir.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər