Leyla Bədirbəyli-100 - VİDEO

Leyla Bədirbəyli-100 - VİDEO
Yubiley münasibətilə Xalq artistinə həsr olunan tədbir keçirilib

Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində SSRİ Xalq artisti Leyla Bədirbəylinin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Xalq artisti Həmidə Ömərova, kinorejissor Ziya Şıxlinski, tanınmış televiziya xadimi Etibar Babayev və Leyla xanımın ailə üzvləri çıxış edib xatirələrini bölüşüblər.

Sonra Rahib Azərinin Leyla Bədirbəyliyə həsr etdiyi verilişi nümayiş olunub.

Leyla Bədirbəyli 1937- 1942 illərdə Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olub, 1942-1975 illərdə Azərbaycan Akademik Dövlət Dram Teatrında fəaliyyət göstərib.

Qeyd edək ki Azərbaycam Respublikası Prezidenti İlham Əliyev bu il Leyla Bədirbəylinin 100 illik yubileyinin keçirilməsi münasibətilə sərəncam imzalayıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər