İlk "Ürək və Damar Cərrahiyyəsi" jurnalı - VİDEO

İlk
Jurnal üç dildə, ildə iki dəfə nəşr olunacaq

"Ölkəmizdə belə bir jurnalın dərc olunması ürək-damar cərrayihəsinin keyfiyyətcə yeni bir mərhələsinin başlanğıcıdır. İnanıram ki, bu sahənin mütəxəssisləri elmi işləri ilə, araşdırmalarıyla ürək-damar cərrahiyyəsinin inkişafına öz töhfələrini verəcəklər".

Bu sözləri Ürək və Damar Cərahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayevin "Ürək və Damar Cərrahiyyəsi" jurnalının təqdimat mərasimində jurnalistlərə açıqlamasında bildirib.

Jurnal üç dildə (Azərbaycan, rus və ingilis dili) və ildə iki dəfə nəşr olunacaq.

Ürək və damar xəstəliklərinin tədqiq olunmasına kompleks yanaşmanın nəticəsində ərsəyə gələn “Ürək və Damar Cərrahiyyəsi” jurnalı həm bu sahədə elmi tədqiqat aparan alimlərə, həm də ürək və damar xəstəlikləri ilə məşğul olan praktik həkimlərə və səhiyyə işçilərinə çox faydalı olacaq.

Qeyd edək ki, bu gün Azərbaycan Ürək-Damar Cərahiyyəsi Cəmiyyətinin yaranmasından 15 ötür.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər