Dəmir ipək yolu - VİDEO

Dəmir ipək yolu - VİDEO
Yeni dəmir yolu xətti Naxçıvanı blokada vəziyyətindən çıxaracaq

Qars-İğdır-Naxçıvan dəmir yolu xətti layihəsinin həyata keçirilməsi Naxçıvan Muxtar Respublikasının ixrac imkanlarını artıracaq və Naxçıvanı bölgənin mühüm tranzit mərkəzinə çevirəcək. Bu layihə Naxçıvanı Çin, Avropa ölkələri, eyni zamanda, Fars körfəzi ölkələri ilə birləşdirəcək. Bu, həm də Dəmir İpək Yolunun bərpası deməkdir.

Bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib. Ekspert bu xəttin Bakı-Tiflis-Qarsın da strateji əhəmiyyətini artıracağını bildirir.

Hazırda muxtar respublikada minə yaxın çeşiddə məhsul istehsal olunur. Lakin onların bazara çıxış problemi var. Bu problemin əsasını da blokada da olan Naxçıvanın nəqliyyat daşımalarındakı sıxıntılar təşkil edir. Bu layihənin həyata keçirilməsi ilə Naxçıvanın ixrac potensialı xeyli artacaq. Naxçıvan məhsullarının post-sovet ölkələrinə, eləcə də Avropa və Asiya ölkələrinə rahat və birbaşa çıxışı təmin ediləcək.

Qeyd edək ki, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII toplantısında iki ölkə arasında Qars-İğdır-Naxçıvan dəmiryolu ilə bağlı tarixi qərar qəbul edilib. Azərbaycan və Türkiyə hökumətləri arasında yeni dəmiryolunun tikintisinə dair Anlaşma Memorandumu imzalanıb. Verilmiş siyasi qərar strateji əhəmiyyət daşıyır. Çünki, Naxçıvan Muxtar Respublikasının Azərbaycanla fiziki bağlılığının olmaması, o cümlədən işğalçı Ermənistanla geniş sərhəd zolağı, blokada şəraiti yaradıb. Yeni çəkiləcək dəmiryolu xətti Naxçıvanın blokada vəziyyətinin aradan qaldırılmasında mühüm rol oynayacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər