TƏBİB-də 24 saat işləyən Qaynar xətt yaradılıb

TƏBİB-də 24 saat işləyən Qaynar xətt yaradılıb

"İnsanları sosial şəbəkələrdə ajiotaj yaratmamağa çağırırıq".

Bunu TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib

"Sərhədi keçənləri yoxlayanlar xüsusi geyimdə olurlar, bunu koronavirusun olması kimi yaymaq olmaz, bu ajiotaj yaradır. Rəsmi məlumatlar açıqlanacaq yeniləndikcə. Bizimlə əlaqə saxlayın, ki, biz də mütəxəssislərdən dəqiq öyrənib məlumat verək. TƏBİB-in 24 saat fəaliyyət göstərən "Qaynar xətt"i fəaliyyətə başlayıb. "Qaynar xətt"in nömrəsi 1542-dir. Əgər  vətəndaş özündə koronavirusla bağlı şübhə hiss edərsə, dərhal bu nömrə ilə əlaqə saxlasın".

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər