Xəstəlik əlaməti aşkarlanarsa, hərarət yüksək olarsa təcili yardım çağırılmalıdır

Xəstəlik əlaməti aşkarlanarsa, hərarət yüksək olarsa təcili yardım çağırılmalıdır

Xəstə olmayanların maska taxması mənasızdır. Xəstə olan şəxs maska taxmalıdır.

"Maskaları taxmaqda məqsəd xəstə insanda olan virusun yayılmasının qarşısının alınmasıdır. Əllər tez-tez yuyulmalıdır. Yüksək hərarəti olan insanlar həkimə müraciət etməlidir. 14 gün ərzində xəstəliyin olduğu ölkəyə səyahət edilmişdirsə, xəstəlik əlaqmətləri varsa, bunun üçün rayonlarda təcili yardımlar var. Həmin şəxs təcili yardım çağırmalıdır. Təcili yardım özü gəlib lazımi müayinələr edəcək, analiz götürəcək. Əgər izolya etmək lazımdırsa edəcək.

Koronavirus aşkarlanan vətəndaş İrandan sərhədi keçəndə aşkarlanıb. Əslində Dağıstan vətəndaşıdır. Rusiya səfirliyi bu işlə özü məşğul olur. Biz o xəstəliyi həmin şəxsdə sərhədi keçəndə aşkarlamışıq.

Həmin şəxs Azərbaycan ərazisində nəqliyyat vasitəsindən istifadə etməyib."

Əgər insanlarda narahatçılıq olarsa rayonlarda 103, Bakıda isə 113 Qaynar xəttinə zəng vurmaları tövsiyə olunur.

REAL xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında operativ qərargahının koronavirusla bağlı keçirdiyi brifinqdə çıxışı zamanı deyib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər