Sistem istifadəyə açıqdır - VİDEO

Sistem istifadəyə açıqdır - VİDEO
İpoteka və Kredit Zəmanət Fondundan "Kirayə mənzil" açıqlaması

"Elektron ipoteka və kredit zəmanət sistemi”nin kirayə mənzil modulu elektron kabinetin yaradılması və elektron müraciətin formalaşdırılması üçün vətəndaşların istifadəsinə açıqdır.

Bu barədə İpoteka və Kredit Zəmanət Fondunun açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, elektron müraciətlərin qəbulu və baxılması aşağıdakı mərhələlər üzrə həyata keçirilir:

- Vətəndaşlar ilkin mərhələdə gücləndirilmiş elektron imzadan istifadə etməklə “Elektron hökumət” portalı üzərindən Elektron ipoteka və kredit zəmanət sistemində elektron kabinet yaradır və elektron müraciətini formalaşdırır.
- Elektron ipoteka və kredit zəmanət sistemində elektron kabinetə malik olan və müraciətini formalaşdıran vətəndaşların elektron kabinetində müraciətlərin qəbuluna başlanması vaxtı barədə bildiriş yerləşdirililir və SMS məlumat verilir.
- Elektron kabinetdə bildiriş yerləşdirildikdən sonra vətəndaşlar eyni elektron kabinetdə müəyyən olunmuş vaxtda elektron müraciəti göndərir. Elektron müraciət avtomatik qeydə alınır və onlara növbə təyin edilir.
- Növbəlilik əsasında vətəndaşa Elektron ipoteka və kredit zəmanət sistemi vasitəsi ilə sənədlərin qəbulu tarixi təyin edilir. Qeyd edək ki, sənədlərin qəbulu prosesi 2 saylı Bakı “ASAN Kommunal” və Sumqayıt “ASAN Xidmət” mərkəzləri vasitəsilə həyata keçiriləcəkdir.

Qeyd edək ki, Elektron ipoteka və kredit zəmanət sistemin vasitəsi ilə yaşayış sahəsini seçmək imkanı yalnız fond tərəfindən müraciətə baxıldıqdan və razılıq barədə qərarın qəbul edilməsindən sonra yaranır.
Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən, habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin Elektron ipoteka və kredit zəmanət sistemindən istifadə ilə bağlı məlumatı yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.

Eyni zamanda, Elektron ipoteka və kredit zəmanət sistemində vətəndaşlar Fond tərəfindən ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla tanış ola bilərlər.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər