BMT75 təşəbbüsü Azərbaycanda - VİDEO

BMT75 təşəbbüsü Azərbaycanda - VİDEO
BMT 2045-ci il üçün qlobal baxışı formalaşdırmağa çalışır

BMT-nin 75 illiyi münasibətilə Bu gün BMT-nin Bakıdakı nümayəndəliyi ADA Universiteti ilə birlikdə BMT75 təşəbbüsünün Azərbaycanda başlanılmasına həsr olunmuş tədbir təşkil etdi.

Panel müzakirələri zamanı iştirakçılar BMT75 təşəbbüsünün il ərzində müzakirə edəcəyi 3 əsas sual ətrafında fikir mübadiləsi apardılar.Hansı gələcəyi qurmaq istəyirik,Biz düzgün yoldayıqmı,və boşluğu aradan qaldırmaq üçün hansı addımları atmalıyıq.

Bu müzakirələr vasitəsilə BMT 100 illik yubileyini qeyd edəcəyi 2045- ci il üçün qlobal baxışı formalaşdırmağa,gələcəyə,təhdidlərə dair məlumatlılığı artırmağa və bu baxışın həyata keçirilməsi üçün beynəlxalq əməkdaşlığın genişləndirilməsini dəstəkləməyə çalışır.

Bu il sentyabrın 21-də BMT-nin 75 illik yubileyi münasibəti ilə dünya liderlərinin iştirakı ilə yüksək səviyyəli tədbir keçiriləcəyini söyləyən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, BMT 75 sadəcə, yubiley münasibət ilə keçirilən tədbir olmayacaq: “Bu, BMT-nin qorxu və münaqişələrdən azad dünya vədinin daha yaxşı həyata keçirilməsini təmin etmək üçün sizinlə birgə işləmək, habelə müxtəlif strategiya və təkliflərinizi dinləmək ili olacaq”.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər