“İstehkam“ səhnələşdirilib - VİDEO

“İstehkam“ səhnələşdirilib - VİDEO
"Şah mat" teatri psixoloji-dram janrda hazırlanan tamaşanı təqdim edib

Müstəqil Şah Mat TeatrıMədəniyyət Nazirliyinin dəstəyi ilə Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində görkəmli yapon dramaturqu Kobo Abenin “İstehkam” əsəri əsasında hazırlanan eyni adlı tamaşanı tamaşaçılara təqdim etdi.

Xalq yazıçısı Elçinin tərcüməsi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Ümüd Abbas,quruluşçu rəssamı Səbinə Abutalıbzadə,musiqi tərtibatçısı Aişə Həsənovadır.

Psixoloji-dram janrında hazırlanan tamaşada aktyorlar Mir Qabil Əkbərov, Azər Ayazoğlu, Əminə Cəfərova, Anar Bulud və Günel Abbas çıxış edir.

Tamaşa keçmiş silah zavodunun müdiri, psixoloji problemləri olan bir qocanın isteriya nəticəsində yaddaşını ara-sıra itirməsindən bəhs edir. Bunun səbəbini axtaran oğlu cavabsız suallarla baş-başa qalır. Tamaşa hər kəsin öz istehkamında müdafiə olunmağına baxmayaraq, hamının günahkar olduğundan bəhs edir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər